Yenifakt.info

Müstəqil xəbərlər portalı

Latest post

Ermənistan Azərbaycanın Qarabağda 9 yox, azı 16 nəfəri saxladığını iddia edir

Azərbaycan Qarabağda sentyabrın 19-20-də keçirdiyi əməliyyat zamanı 9 keçmiş və indiki separatçı lideri deyil, azı 16 nəfəri saxlayıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan İstintaq Komitəsinin başçısı Argişti Karamyan deyib: “Saxlananların arasında yüksək vəzifə tutmayan şəxslər də var. Bu adamların tutulması…

“Müsəlman Birliyi”in fəalı 10 ilə yaxın həbs cəzasına məhkum edilib

Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvü Etibar İsmayılova hökm oxunub. Məhkəmə onu külli miqdarda narkotik maddə alverində təqsirli bilib və 9 il 9 ay həbs cəzasına məhkum edib. İsmayılov Azərbaycanın İranla münasibətlərinin pisləşməsi fonunda dini fəalların…

ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək – Dövlət Departamenti

ABŞ çərşənbə günü dəstəklə bağlı “diqqəti heç bir şəkildə itirmədiyini” bildirib. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə TURANın Yaxın Şərq Qərbin diqqətini Ukraynadan yayındırırmı sualına cavab olaraq deyib: “Biz buna diqqət yetirməyə davam edəcəyik, bir neçə istiqamətdə işləmək imkanımız var”. “Biz…

Bakı Apellyasiya Məhkəməsi də xəstəxanada yatan qazinin hüququna “ölüm” oxudu

Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun iddiaçı 1-ci dərəcəli Qarabağ əlili xəstəxanada sistem altında olanda, öncədən 2 ərizə ilə iclası ertələməsi haqqında xahişinə baxmadan saxta iclas keçirərək əlilin hüquqi yardım, məhkəmə təminatı hüququna “ölüm” hökmü” oxumasından KİV bilgi yayıb. Gözləmək…

Müsavat başqanının oğlu saxlanıb

Oktyabrın 31-də Azərbaycanda müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanıb. Bu barədə AzadlıqRadiosuna Arif Hacılı özü məlumat verib. Arif Hacılı qeyd edib ki oğlu Orxan Hacılı 20 gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar saxlanıb:…

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Avropa Şurasının baş katibilə görüşüb

Oktyabrın 30-da Strasburqda Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin görüşü olub. “Görüşdə əsas diqqət inamın möhkəmləndirilməsi üzrə tədbirlərin vasitəsilə Ermənistan və Azərbaycan arasında dialoqa töhfə verilməsinin vacibliyinə yönəldilib. Mariya Peyçinoviç-Buriç bildirib ki,…

Nə qədər pensiya artımları gözlənilir?

2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əmək haqqı 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə o orta aylıq nominal əmək haqqının 10,7 faiz artması deməkdir. Buna görə də, gələn ilin əvvəlində pensiyaların 11% artırılacağını söyləmək olar….

Paşinyanın “Sülh Qovşağı” xəritəsində Azərbaycanın indiyə qədərki tələblərindən fərqli nə var?

Ermənistanın “Sülh Qovşağı” xəritəsi layihəsi Azərbaycan tərəfinin səsləndirdiyi marşrutdan “çox da fərqlənmir”. Bu barədə BBC News Azərbaycancaya danışan təhlilçi Fuad Şahbazov deyib ki, bu layihədə diqqətçəkən yenilik “Ermənistan iqtisadiyyatının dirçəldilməsi məqsədilə dənizlərə çıxış axtar”ışıdır. Ermənistanın bu xəritəni nə üçün məhz…

Qarabağda Bakının danışmaq istədiyi adam yox idi – keçmiş separatçıların  lideri

Cümə günü Qarabağın keçmiş “prezidenti” Samvel Şahramanyan Ermənistanın İctimai televiziyasına müsahibəsində sentyabrın 19-daki bir günlük müharibənin bəzi təfərrüatlarını açıqlayıb. “Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, Qarabagda  onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək.  Samvel Babayanın və…

‘Bizim savaşımız deyil’: İranlılar İsrail-HƏMAS savaşında Fələstin məsələsinə az dəstək verirlər

İranın klerikal hökuməti on illərdir Fələstin məsələsini durmadan qabardır və İsraili tanımır. Di gəl, İran toplumunda Fələstinin dövlətçilik uğrunda mübarizəsinə dəstək azdır. Əksinə, bir çox iranlı Fələstin silahlı qruplarını dəstəklədiyi üçün hökuməti tənqidə tutub, Tehranın əzəli düşməni İsrailə dəstək ifadə…

“Müdafiə Nazirliyində bizdən 4 faiz “otkat” istəyirdilər” – məhkəmə reportajı

Müdafiə Nazirliyinə informasiya texnologiyaları sahəsində xidmət göstərən şirkətə köçürmələrdə böyük korrupsiya olduğu iddia edilir. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Müdafiə Nazirliyinin vəzifəli şəxslərilə bağlı istintaqda da araşdırılan məsələlərdən biri olub. Müdafiə Nazirliyinin 8 ildir informasiya texnologiyaları (İT)…

Tbilisidə Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat çəkib

Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxrani saray kompleksində görüş keçiriblər. Bu barədə oktyabrın 27-də Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.  Danışıqların təfərrüatı açıqlanmır. Lakin Gürcüstanın “İmedi”…

Ermənistan parlamentinin spikeri Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşacağını bildirir

Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin müsbət istiqamətdə dəyişəcəyini istisna etmir. “Türkiyə ilə münasibətlərimizdə, o cümlədən Türkiyə ilə sərhəddə hansısa müsbət irəliləyişlər olacağını istisna etmirəm”, deyə Simonyan cümə günü Yerevanda jurnalistlərə bildirib.  O, Azərbaycanla münasibətlər haqqında danışarkən…

Gücümüz bir qola çatdı… – “Qarabağ” məğlub oldu

UEFA Avropa Liqası çərçivəsində Qarabağ səfərdə Bayer Leverkuzen klubunun qonağı olub və 1:5 hesabıyla məğlub olub.

Paşinyan Rusiyanın Ermənistandakı hərbi bazalarını saxlamağın mənasını görmür

Ermənistan yeni tərəfdaşlar axtarır, çünki Moskva, xüsusən də son bir ayda müttəfiq kimi öhdəliklərini yerinə yetirmir, Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Ermənistan lideri “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib: “Bu hadisələr bizi  təhlükəsizlik əlaqələrimizi şaxələndirmək qərarına gətirdi və…

Brüssel görüşü niyə təxirə salındı, Əliyev və Paşinyan nə zaman görüşəcək?

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda uzaqdan iştirak etdiyi forumda bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında bu ayın sonunda Brüsseldə planlanan görüş baş…

Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir

Siyasi fəal Əmir Mərdani Amerikanın Səsinə söhbətində İran Azərbaycanında tutulan fəalların uzun müddət ailələrinə məlumat verilmədən nəzarətdə saxlanmalarının səbəbləri və təsirləri haqqında danışıb. Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir Mərdani deyib ki, hakimiyyət…

Şəhərdən kəndə qayıdış niyə alınmadı – 104 milyard xərc və…

Ekspert: “Əhalinin kəndlərdən köçünü dayandırmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir” Son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Bunu Azərbaycanın iqtisadiyyat naziri…

“Tezliklə Xankəndi və digər ərazilərdə bərpa prosesi genişlənəcək”

Musa Quliyev: “”Böyük Qayıdış” proqramı çərçivəsində yaxın 5 ildə…” Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışı prosesi bundan sonra daha da sürətlənəcək. Ali Baş Komandan İlham Əliyevin ötən həftə “Füzuli Şəhəri Günü”ndə bu şəhərə köçürülmüş…

Bayramov və Lavrov danışıblar

Oktyabrın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının…

İctimai fəal Əmrah Təhməzov təqib olunduğunu bildirir

Oktyabrın 24-də səhər saatlarında ictimai fəal Əmrah Təhməzovun evinə mülki geyimli polisin gəldiyi bildirilir. Fəal deyir ki, gələnlərə qaldığı həyət evində qapını açmadıqdan sonra onlar evə girmək üçün hasarı aşıblar. “Səhər tezdən Bərdədə həyətimizin darvazası möhkəm döyüldü. Qapının səsinə yuxudan…

Qubad İbadoğlunun müayinə nəticələri ailəsinə təqdim olunmur

Oktyabrın 22-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul onun səhhəti ilə bağlı məlumat yayıb. O bildirib ki, 13 oktyabr 2023-cü ildə Mərkəzi Klinik Xəstəxanada MRT və KT müayinəsindən keçirildikdən sonra elə həmin…

Nazirliyi tənqid edən fəal həbs olunub

İctimai fəal Zəka Mirağayev 10 gün əvvəl saxlanıb. Bu barədə oktyabrın 21-də fəalın yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, Z.Mirağayev oktyabrın 11-də saxlanıb: “Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri,… hazırlama …və ya satma-küllü miqdarda törətməklə) maddəsi ilə ittiham irəli sürülüb….

Xarici işlər nazirləri Tehranda görüşdü, regional layihələrdən danışdı, növbəti görüşün tarixini müəyyənləşdirdi

“3×3” formatlı görüş Gürcüstanın iştirakı olmadan baş tutdu Oktyabrın 23-də Tehranda xarici işlər nazirlərinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatı çərçivəsində növbəti görüşü baş tutub. Gürcüstan Abxaziya və Osetiyanın Rusiyanın işğalda qalması səbəbindən tədbirə qatılmayıb. Azərbaycanın xarici işlər…

XİN: Gürcüstan “3+3” formatında iştirak etməyəcək

Gürcüstan Xarici İşlər Nazirliyi oktyabrın 23-də Tehranda keçiriləcək “3+3” formatlı görüşdə iştirak etməyəcəyini vurğulayıb. “Gürcüstan görüşdə iştirak etmir və heç vaxt da iştirak etməyib”, – deyə ölkənin Xarici İşlər Nazirliyi “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirib. Oktyabrın 23-də Tehranda Azərbaycan, Ermənistan,…

“Türkiyəni xəbərdar etməyə gəlmişəm, qiyamət qopacaq” – ŞOK

Küçə sorğusunda Türkiyəni xəbərdar etməyə gəldiyini deyən şəxsin sözləri sosial mediada trendə çevrilib. Musavat.com xəbər verir ki, Zasparagas TV YouTube kanalının sorğusuna qatılan şəxs Ərəbistandan gəldiyini bildirib. “Mən Türkiyəni xəbərdar etməyə gəlmişəm. Qiyamət gününə 100 il qaldı. İstanbulu gözləyirəm, hər axşam dua edirəm ki,…

İsrail HƏMAS komandirlərinin öldürülməsi üçün xüsusi əməliyyatların keçirilməsi üçün mərkəz yaradıb

İsrailin “The Times of Israel” nəşri xəbər verir ki, İsrailin Baş Təhlükəsizlik Xidməti və İsrailin kəşfiyyat xidməti “Mossad” Fələstin HƏMAS hərəkatının döyüşçülərinin və komandirlərinin öldürülməsinin planlaşdırılması üçün xüsusi əməliyyat mərkəzi yaradıb. Nəşrin İsrail kəşfiyyat xidmətlərindəki həmsöhbətinin sözlərinə görə, yeni struktur…

İcma: “Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir”

Fransanın Ermənistana silah satışı Azərbaycana qarşı düşmənçilikdir. “Report” xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. İcma hesab edir ki, Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur: “Bundan başqa, Fransa müxtəlif…

İlham Əliyev Qarabağda qələbə qazanmaqla öz diktatura rejimini möhkəmləndirib.

Özbəkistanın Səmərqənd şəhərində “Şanxay Əməkdaşlıq Təşkilatı”nın sammiti keçirilib. Ukraynanın Rusiyaya təcavüzündən sonra bu toplantını diktatura rejimi təmsilçilərinin görüşü və ya Putinin yeni vitrini kimi də təqdim edirlər. Azərbaycan isə Türkiyəylə birlikdə bu toplantıda iştirak edir deyə hökumətyönümlü media bu məsələni…

Xəbərlər

Jurnalistin qatillərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlində şübhəli bilinərək həbs edilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.   Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə…

Bütün kateqoriyalar

İlham Əliyev Kerri ilə görüşəcək

Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək. Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. Görüş bu gün Bakı vaxtilə saat 22.00-a nəzərdə tutulub. Xatırladaq ki, Azərbaycan prezidenti martın 30-da Vaşinqtonda başlayacaq IV…

Bütün kateqoriyalar

NİDA-çıya qarşı ittihamlar haqda Avropa Məhkəməsinə üç şikayət var

İlkin Rüstəmzadənin Avropa Məhkəməsinə göndərilən şikayətinin kommunikasiyası başlanıb 8 il azadlıqdan məhrum edilən gənc fəal İlkin Rüstəmzadəylə bağlı Avropa İnsan Haqları Məhkəməsinə 3 şikayət var. Artıq bu şikayətlərdən ikisi Avropa Məhkəməsinə göndərilib. Bu barədə Meydan TV-yə məlumat verən onun vəkili…

Bütün kateqoriyalar Xəbərlər

İbrahimbəyov Azərbaycana qayıdır

Kinorejissor, ssenarist, dramaturq Rüstəm İbrahimbəyov rəhbərlik etdiyi Azərbaycan Kinemotoqrafçılar İttifaqının üzvləri ilə görüşüb. Bu barədə AzNews.az-a ittifaqın katibi Əlisa Cabbarov məlumat verib. Onun sözlərinə görə, martın 28-də baş tutan görüşdə ittifaqın düşdüyü durum və real vəziyyət müzakirə olunub: “Böyük müzakirəmiz…