Ermənistan Azərbaycanın Qarabağda 9 yox, azı 16 nəfəri saxladığını iddia edir
Azərbaycan Qarabağda sentyabrın 19-20-də keçirdiyi əməliyyat zamanı 9 keçmiş və indiki separatçı lideri deyil, azı 16 nəfəri saxlayıb. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan İstintaq Komitəsinin başçısı Argişti Karamyan deyib: “Saxlananların arasında yüksək vəzifə tutmayan şəxslər də var. Bu adamların tutulması…
“Müsəlman Birliyi”in fəalı 10 ilə yaxın həbs cəzasına məhkum edilib
Noyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının üzvü Etibar İsmayılova hökm oxunub. Məhkəmə onu külli miqdarda narkotik maddə alverində təqsirli bilib və 9 il 9 ay həbs cəzasına məhkum edib. İsmayılov Azərbaycanın İranla münasibətlərinin pisləşməsi fonunda dini fəalların…
ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək – Dövlət Departamenti
ABŞ çərşənbə günü dəstəklə bağlı “diqqəti heç bir şəkildə itirmədiyini” bildirib. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə TURANın Yaxın Şərq Qərbin diqqətini Ukraynadan yayındırırmı sualına cavab olaraq deyib: “Biz buna diqqət yetirməyə davam edəcəyik, bir neçə istiqamətdə işləmək imkanımız var”. “Biz…
Bakı Apellyasiya Məhkəməsi də xəstəxanada yatan qazinin hüququna “ölüm” oxudu
Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun iddiaçı 1-ci dərəcəli Qarabağ əlili xəstəxanada sistem altında olanda, öncədən 2 ərizə ilə iclası ertələməsi haqqında xahişinə baxmadan saxta iclas keçirərək əlilin hüquqi yardım, məhkəmə təminatı hüququna “ölüm” hökmü” oxumasından KİV bilgi yayıb. Gözləmək…
Müsavat başqanının oğlu saxlanıb
Oktyabrın 31-də Azərbaycanda müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı saxlanıb. Bu barədə AzadlıqRadiosuna Arif Hacılı özü məlumat verib. Arif Hacılı qeyd edib ki oğlu Orxan Hacılı 20 gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar saxlanıb:…
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Avropa Şurasının baş katibilə görüşüb
Oktyabrın 30-da Strasburqda Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin görüşü olub. “Görüşdə əsas diqqət inamın möhkəmləndirilməsi üzrə tədbirlərin vasitəsilə Ermənistan və Azərbaycan arasında dialoqa töhfə verilməsinin vacibliyinə yönəldilib. Mariya Peyçinoviç-Buriç bildirib ki,…
Ermənistan parlamentinin spikeri Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşacağını bildirir
Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin müsbət istiqamətdə dəyişəcəyini istisna etmir. “Türkiyə ilə münasibətlərimizdə, o cümlədən Türkiyə ilə sərhəddə hansısa müsbət irəliləyişlər olacağını istisna etmirəm”, deyə Simonyan cümə günü Yerevanda jurnalistlərə bildirib. O, Azərbaycanla münasibətlər haqqında danışarkən…
KİV: İsrail ordusu Qəzza zolağına daxil olub
İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub. “Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının…
Brüssel görüşü niyə təxirə salındı, Əliyev və Paşinyan nə zaman görüşəcək?
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda uzaqdan iştirak etdiyi forumda bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında bu ayın sonunda Brüsseldə planlanan görüş baş…
Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir
Siyasi fəal Əmir Mərdani Amerikanın Səsinə söhbətində İran Azərbaycanında tutulan fəalların uzun müddət ailələrinə məlumat verilmədən nəzarətdə saxlanmalarının səbəbləri və təsirləri haqqında danışıb. Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir Mərdani deyib ki, hakimiyyət…