Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Siyasət Xəbərlər

Ermənistan Azərbaycanın Qarabağda 9 yox, azı 16 nəfəri saxladığını iddia edir

Azərbaycan Qarabağda sentyabrın 19-20-də keçirdiyi əməliyyat zamanı 9 keçmiş və indiki separatçı lideri deyil, azı 16 nəfəri saxlayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan İstintaq Komitəsinin başçısı Argişti Karamyan deyib:

“Saxlananların arasında yüksək vəzifə tutmayan şəxslər də var. Bu adamların tutulması təsdiqlənib”.

Karamyan söhbətin kimlərdən getdiyini açıqlamasa da, Azatutyun onlardan birinin Melikset Paşayan olduğunu öyrənə bilib.

Xəbərdə deyilir ki, Paşayan Qarabağın Sznek (Azərbaycan variantı – Aşağı Yemişcan, Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd – red) kəndində yaşayıb.

Azatutyun yazır ki, o, yaşlı və xəstə şəxslərin təxliyəsinə kömək edərkən itkin düşüb. Paşayanın arvadı deyib ki, əri Bakıda həbsdədir və bu barədə özü telefonla məlumat verib.

Azadlıq radiosu

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir