Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Dünya Gündəm Hadisə İctimai Siyasət Xəbərlər

XİN: Gürcüstan “3+3” formatında iştirak etməyəcək

Gürcüstan Xarici İşlər Nazirliyi oktyabrın 23-də Tehranda keçiriləcək “3+3” formatlı görüşdə iştirak etməyəcəyini vurğulayıb.

“Gürcüstan görüşdə iştirak etmir və heç vaxt da iştirak etməyib”, – deyə ölkənin Xarici İşlər Nazirliyi “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirib.

Oktyabrın 23-də Tehranda Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin “3+2” formatında görüşü keçiriləcək.

Bu format Türkiyə prezidenti Ərdoğanın Türkiyə, Rusiya və İranın iştirakı ilə Cənubi Qafqazın problemlərini həll etmək təşəbbüsüdür.

2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğal etməsi səbəbindən Gürcüstan əvvəlcədən bu formatda iştirakdan imtina edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir