Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək – Dövlət Departamenti

ABŞ çərşənbə günü dəstəklə bağlı “diqqəti heç bir şəkildə itirmədiyini” bildirib. Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə TURANın Yaxın Şərq Qərbin diqqətini Ukraynadan yayındırırmı sualına cavab olaraq deyib: “Biz buna diqqət yetirməyə davam edəcəyik, bir neçə istiqamətdə işləmək imkanımız var”. “Biz…

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Avropa Şurasının baş katibilə görüşüb

Oktyabrın 30-da Strasburqda Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin görüşü olub. “Görüşdə əsas diqqət inamın möhkəmləndirilməsi üzrə tədbirlərin vasitəsilə Ermənistan və Azərbaycan arasında dialoqa töhfə verilməsinin vacibliyinə yönəldilib. Mariya Peyçinoviç-Buriç bildirib ki,…

‘Bizim savaşımız deyil’: İranlılar İsrail-HƏMAS savaşında Fələstin məsələsinə az dəstək verirlər

İranın klerikal hökuməti on illərdir Fələstin məsələsini durmadan qabardır və İsraili tanımır. Di gəl, İran toplumunda Fələstinin dövlətçilik uğrunda mübarizəsinə dəstək azdır. Əksinə, bir çox iranlı Fələstin silahlı qruplarını dəstəklədiyi üçün hökuməti tənqidə tutub, Tehranın əzəli düşməni İsrailə dəstək ifadə…

“Müdafiə Nazirliyində bizdən 4 faiz “otkat” istəyirdilər” – məhkəmə reportajı

Müdafiə Nazirliyinə informasiya texnologiyaları sahəsində xidmət göstərən şirkətə köçürmələrdə böyük korrupsiya olduğu iddia edilir. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Müdafiə Nazirliyinin vəzifəli şəxslərilə bağlı istintaqda da araşdırılan məsələlərdən biri olub. Müdafiə Nazirliyinin 8 ildir informasiya texnologiyaları (İT)…

Tbilisidə Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat çəkib

Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxrani saray kompleksində görüş keçiriblər. Bu barədə oktyabrın 27-də Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.  Danışıqların təfərrüatı açıqlanmır. Lakin Gürcüstanın “İmedi”…

Ermənistan parlamentinin spikeri Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşacağını bildirir

Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin müsbət istiqamətdə dəyişəcəyini istisna etmir. “Türkiyə ilə münasibətlərimizdə, o cümlədən Türkiyə ilə sərhəddə hansısa müsbət irəliləyişlər olacağını istisna etmirəm”, deyə Simonyan cümə günü Yerevanda jurnalistlərə bildirib.  O, Azərbaycanla münasibətlər haqqında danışarkən…

KİV: İsrail ordusu Qəzza zolağına daxil olub

İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün cümə gününə keçən gecə Qəzza zolağına daxil olub. “Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, reyddə İsrail ordusunun 36-cı diviziyasının…

Paşinyan Rusiyanın Ermənistandakı hərbi bazalarını saxlamağın mənasını görmür

Ermənistan yeni tərəfdaşlar axtarır, çünki Moskva, xüsusən də son bir ayda müttəfiq kimi öhdəliklərini yerinə yetirmir, Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Ermənistan lideri “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib: “Bu hadisələr bizi  təhlükəsizlik əlaqələrimizi şaxələndirmək qərarına gətirdi və…

Brüssel görüşü niyə təxirə salındı, Əliyev və Paşinyan nə zaman görüşəcək?

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda uzaqdan iştirak etdiyi forumda bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında bu ayın sonunda Brüsseldə planlanan görüş baş…

Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir

Siyasi fəal Əmir Mərdani Amerikanın Səsinə söhbətində İran Azərbaycanında tutulan fəalların uzun müddət ailələrinə məlumat verilmədən nəzarətdə saxlanmalarının səbəbləri və təsirləri haqqında danışıb. Əmir Mərdani: İran hakimiyyəti həbs etdiyi fəallardan əlavə onların yaxınlarına da təzyiq edir Mərdani deyib ki, hakimiyyət…