Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Dünya Gündəm Hadisə İctimai İnsan haqları Sosial-iqtisadi Xəbərlər

ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək – Dövlət Departamenti

ABŞ çərşənbə günü dəstəklə bağlı “diqqəti heç bir şəkildə itirmədiyini” bildirib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə TURANın Yaxın Şərq Qərbin diqqətini Ukraynadan yayındırırmı sualına cavab olaraq deyib: “Biz buna diqqət yetirməyə davam edəcəyik, bir neçə istiqamətdə işləmək imkanımız var”.

“Biz heç bir şəkildə Ukraynanı dəstəkləmək ehtiyacına diqqətdən kənarda qoymamışıq” deyib Miller.

TURANın ” ABŞ qanunvericiləri arasında onun maliyyələşməsi ilə bağlı mübahisələrinə görə Ukrayna zərər çəkə bilərmi?” sualına cavab olaraq  Miller Ukraynanın nə olursa olsun yardım alacağını açıqlayıb.

“Biz inanırıq ki, Ukraynaya dəstək vacibdir. ABŞ-ın Rusiyanın Ukraynaya qarşı başladığı və davam etdiyi bu dəhşətli hücumlardan müdafiəsinə kömək etmək üçün orada olması vacibdir”, – Miller əlavə edib.

Bununla belə, respublikaçıların nəzarətində olan ABŞ Nümayəndələr Palatası hesab edir ki, Ukrayna və İsrailə yardıma ayrıca baxılmalıdır. Bu, Ukraynanın maliyyələşdirilməsinin dayandırılmasına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqları artırdı.

Demokratların rəhbərlik etdiyi ABŞ Senatı çərşənbə gecəsi hökumətin maliyyələşdirilməsi ilə bağlı üç qanun layihəsini qəbul edib. Bu addımın Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının rəhbərliyini mövqeyini dəyişməyə məcbur edəcəyi gözlənilir.

Contact.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir