Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Jurnalistin vəkili apellyasiya şikayəti verib

“Gündəm xəbər” qəzetinin müxbiri Məhbub Zülfüqarlının beş ay həbs olunması ilə bağlı İmişli Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.

Şikayəti jurnalistin vəkili Azər Rəsul verib. Bu barədə Turan-a M.Zülfüqarlının müdafiə kampaniyasını keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

Xatırladaq ki, jurnalist iyulun 6-da hakim Ülvi Qəmbərov tərəfindən azadlıqdan məhrum edilib. O, M.Zülfüqarovu CM-in 147.1-ci maddəsi (böhtan) ilə təqsirli bilib.

O. Gülalıyev hesab edir ki, jurnalistin həbsi onun tənqidi yazıları ilə əlaqədardır. Jurnalist vəkilsiz mühakimə edilib, son söz söyləməyə belə imkan verilməyib.

Onun ailə üzvləri bildiriblər ki, M.Zülfüqarlı İmişli rayonunda baş verən qanunsuzluqlar barədə birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdıqdan sonra həbs edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir