Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

NİDA-çıya qarşı ittihamlar haqda Avropa Məhkəməsinə üç şikayət var

İilkin-rustemlkin Rüstəmzadənin Avropa Məhkəməsinə göndərilən şikayətinin kommunikasiyası başlanıb

8 il azadlıqdan məhrum edilən gənc fəal İlkin Rüstəmzadəylə bağlı Avropa İnsan Haqları Məhkəməsinə 3 şikayət var. Artıq bu şikayətlərdən ikisi Avropa Məhkəməsinə göndərilib.

Bu barədə Meydan TV-yə məlumat verən onun vəkili Nemət Kərimli bildirdi ki, İlkin Rüstəmzadənin Avropa İnsan Haqları Məhkəməsinə 3 şikayəti var, birinci şikayət inzibati cəzayla bağlıdır: “Bu şikayəti mən göndərmişəm və kommunikasiya başlanıb. Hökumətə göndərilən suallara cavab üçün martın 17-nə qədər vaxt verilmişdi. İkinci şikayət Avropa Konvensiyasının 5-ci maddəsinin pozulması haqqındadır, söhbət həbs qətimkan tədbirindən gedir. Bu şikayəti də göndərmişəm. Kommunikasiya bu yaxınlarda başlamalıdır, çünki əksər NİDA-çılarda kommunikasiya başlayıb”.

İlkin Rüstəmzadənin üçüncü şikayətini vəkil Xalid Bağırov hazırlayıb.

Vəkil Meydan TV-yə bildirib ki, bu şikayət Rwst’mzad’nin ədalətli mühakimə olunmaması barəsindədir: “Rəşadət Axundov, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadənin məhkum olunmasının ədalətsizliyi ilə bağlıdır”.

“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə (hazırda NİDA-nın üzvüdür) 2013-cü ilin 17 mayında həbs olunub. İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), sonradan isə 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi irəli sürülüb.

O, 8 il azadlıqdan məhrum edilib.

“Amnesty İnternational” təşkilatı onu vicdan məhbusu olaraq tanıyıb və dərhal azad edilməsini tələb edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir