İlham Əliyev Qarabağda qələbə qazanmaqla öz diktatura rejimini möhkəmləndirib.
Özbəkistanın Səmərqənd şəhərində “Şanxay Əməkdaşlıq Təşkilatı”nın sammiti keçirilib. Ukraynanın Rusiyaya təcavüzündən sonra bu toplantını diktatura rejimi təmsilçilərinin görüşü və ya Putinin yeni vitrini kimi də təqdim edirlər. Azərbaycan isə Türkiyəylə birlikdə bu toplantıda iştirak edir deyə hökumətyönümlü media bu məsələni diplomatik uğur kimi işıqlandırır. Daha çox Azərbaycan investisiya qoyulacağından, iqtisadi yüksəlişdən bəhs edilir. Lakin işsizliyin hökm sürdüyü Azərbaycanda gənclər bununla razılaşmır. Müsahibimiz sosial şəbəkədə bu toplantıya ironik status yazan Rövşən Təmrazovdur.
-Rövşən bəy, ironik olsa da, bu adamların “adam olmaması” kimi bir mizah etmisiniz, nəyə görə belə düşünürsünüz? – Faktiki olaraq orada təmsil olunan dövlətlər öz ölkələrində insan hüquqlarına hörmət etməyən təşkilatlardır. Çində uyğur türklərinə qarşı soyqırım həyata keçirilir, Rusiya Uklraynada vəhşiliklər törədir, Özbəkistan və Azərbaycanda isə insanlar siyasi fikrinə görə həbsə atılırlar. Burada təmsil olunan ölkələrin heç birində mətbuat azadlığı yoxdur, jurnalistlər həbsdədir. Azərbaycanda sifarişli məhkəmə qərarıyla insanlar mülkiyyətlərindən məhrum edilirlər. Bu ölkələrdə siyasi müxalifət yoxdur.
– Necə fikirləşirsiniz, Azərbaycanın və Türkiyənin burada təmsil olunması Avropa İttifaqına qarı alternativ ola bilərmi? – Heç inandırıcı deyil. Avropa İttifaqına qoşulmuş ölkələrin insan hüquqları, təhlükəsizlik və s. məsələlərdə öhdəlikləri var. Burada qəbul edilən qərarları üzv dövlətlər yerinə yetirir. Lakin Şanxay Əməkdaşlıq təşkilatında heç bir öhdəlik, hüquqi təminat yoxdur. Sadəcə əhalisi və ərazisi böyük olan dövlətlərin iqtisadi əlaqələri var ki, bunu da istənilən iki dövlət qarşılıqlı müqavilələrlə həyata keçirə bilər.
– Azərbaycanda gənclərin hansı problemləri var ki, həll edilməlidir? – İlk növbədə işsizlik aradan qalxmalıdır, məni kimi onminlərlə gənc təhsil alıb və işsizdir. İctimai proseslərdə iştirak etmək çətindir və tənqüidi mövqeyə görə insanlar həbsə atılır. İlham Əliyev Qarabağda qələbə qazanıb deyə onu tənqid etmək olmaz. Faktiki olaraq ölkəmizdə diktatura rejimi mövcuddur. Azərbaycanda mitinqlər keçirilmir. Almaniyada mitinq keçirən adamlar Azərbaycana qayıtdıqdan sonra həbsə atılıb. Onlar Narkotika ilə şərlənib. Bax Bu Əliyev diktaturasının təzahürüdür.
A.Abdullayev