Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Dünya Gündəm Hadisə İctimai İnsan haqları Siyasət Xəbərlər

Bayramov və Lavrov danışıblar

Oktyabrın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələrini müzakirə ediblər.

Habelə, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıldığı vurğulanır.

Amma məlumatda gündəlikdə nəzərdə tutulan məsələlərdən bəhs edilməyib.

“3+3” formatı dedikdə Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan və Gürcüstan nəzərdə tutulur. Lakin bu formatda oktyabrın 23-də Tehranda xarici işlər nazirlərinin görüşünə Gürcüstan tərəfi qatılmamışdı.

Xəzəryanı ölkələr isə Azərbaycan, Rusiya, İran Qazaxıstan və Türkmənistandan ibarətdir.Bu ölkələr 2018-ci ildə Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya imzlamışdılar.

Sənəddə tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək və digər qüvvələrin orada hərbi birlik yaratmasına mane olmaq imkanı verilməməsindən bəhs edildiyi bildirilir.

Azadlıq Radiosu.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir