Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Qara dəftərdəki icra başçılarının adları İlham Əliyevə təqdim edilib – siyahı

Novruz tətilindən sonra bəzi icra başçılarının dəyişdirilməsi gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, ilk növbədə sakinlərin daha çox narazılıq etdiyi icra başçıları dəyişdiriləcək: Həmin icra başçlarının adı  Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müəyyənləşdirib  və Azərbaycan prezidenti İlham Əliyevə təqdim edilib.
Yada salaq ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov açıqladığı məlumata görə, ötən il Bakı, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur.
Bu rayonların icra hakimiyyəti başçılarının yaxınlarda yola salınacağı gözlənilir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir