Ötən il Azərbaycan sənayesində 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur.
Media-fakt.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, ƏDV-nin differensiallaşdırılması ilə bağlı dəfələrlə parlementdə məsələ qaldırılıb:
“Vergilər Nazirliyi bu məsələyə müsbət rəy versə də, ötən il də bu problem öz müsbət həllini tapmayıb. Valyuta ehtiyatalarında böyük geriləmə müşahidə olunub. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə, bu il bu rəqəm 37 milyarda enib. Mərkəzi Bank uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb. Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda Dövlət Neft Fondudur”.