Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Gürcüstan prezidenti Əliyev rejimini insan oğurluğunda ittiham etdi

Gürcüstan prezidenti Giorgi Margvelashvili jurnalist Əfqan Muxtarlı ilə bağlı açıqlama verib.

Margenaşvili, interpressnews.ge saytına müsahibəsində naməlum şəkildə adam oğurluğunun Gürcüstanın suverenliyi və dövlətçiliyi üçün ciddi təhdid olduğunu söyləyib:

“Hüquqşünasların açıqlaması bizim üçün ağırdır. Əvvəla biz hamımız anlamalıyıq ki, Gürcüstan bölgədə medianın və insan haqlarının qorunmasında lider dövlətdir. Bu, bizim suverenliyimizin və dövlətçiliyimizin bir parçasıdır. İnsan oğurluğu isə ölkənin möhkəmliyi, suverenliyi üçün ciddi problemdir”.

Müstəqil jurnalist Ə. Muxtarlı mayın 29-u sığındığı Gürcüstanda, Tblisi şəhərində naməlum şəxslər tərəfindən saxlanılıb və qaçırılıb. Mayın 30-u o, üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadan Azərbaycana gətirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir