“Tikinti sektorunda ciddi geriləmə var”
Ötən il Azərbaycan sənayesində 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur. Media-fakt.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı…
Gürcüstan prezidenti Əliyev rejimini insan oğurluğunda ittiham etdi
Gürcüstan prezidenti Giorgi Margvelashvili jurnalist Əfqan Muxtarlı ilə bağlı açıqlama verib. Margenaşvili, interpressnews.ge saytına müsahibəsində naməlum şəkildə adam oğurluğunun Gürcüstanın suverenliyi və dövlətçiliyi üçün ciddi təhdid olduğunu söyləyib: “Hüquqşünasların açıqlaması bizim üçün ağırdır. Əvvəla biz hamımız anlamalıyıq ki, Gürcüstan bölgədə…
NATO: “Türkiyənin beynəlxalq nüfuzunu möhkəmləndirmək istəmirik”
Almaniya başda olmaqla bir neçə NATO dövləti alyansın 2018-ci ildəki sammitinin Türkiyədə keçirilməsinə qarşı çıxıb. Bu barədə “Die Welt” NATO-dakı yüksək vəzifəli rəsmilərə istinadən məlumat yayıb. “Biz Türkiyənin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirmək istəmirik. Və elə qənaət yaratmaq istəmirik ki, NATO…
Laçın rayon icra başçısı Aqil Nəzərli məcburi köçkünləri susuz qoydu,köçkünlər etiraza qalxır-ŞİKAYƏT
Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkünlər etiraz aksiyası keçirməyə hazırlaşırlar. Buna səbəb rayon icra başçısı Aqil Nəzərlinin əhaliyə qarşı laqeyid münasibətidir.BakuPress.AZ -a məcburi köçkünlər tərəfindən verilən məlumata görə, qəsəbə sakinlərindən bəziləri su pulunu ödəmədiyi üçün İcra Başçısı…
Əfqan Muxtarlının barəsində 3 ay həbs qətimkan tədbiri seçilib
Bu gün Səbail Rayon Məhkəməsində Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. “Report”un məlumatına görə, Ə.Muxtarlının barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Ə.Muxtarlı Cinayət…
Ermənilərin atəş nöqtəsi məhv edilib – video
Cəbhənin Füzuli-Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, düşmən itkilərə məruz qalıb.
Müdafiə Nazirliyi ermənilərə xəbərdarlıq etdi:”…Dərinliklərdəki yaşayış məntəqələri atəşə tutulacaq”
Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Bu haqda…
“Barsa”nın yeni baş məşqçisi məlum oldu
İspaniyalı mütəxəssis Ernesto Valverde İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçisi təyin edilib. Bunu kataloniyalıların prezidenti Xosep Bartomeu mətbuat konfransında elan edib. Gununsesi.info-nun xəbərinə görə, komandanın mətbuat xidmətinin məlumatında deyilir ki, 53 yaşlı məşqçi ilə müqavilə müddəti daha bir mövsüm…
Rüfət Səfərov Ali Məhkəmənin hakiminə müraciət edib
Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərov Ali Məhkəmənin hakimi Gülzar Rzayevaya müraciət edib. Bu barədə Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov bildirib. Vəkil qeyd edib ki, R.Səfərov iyunun 20-də Ali Məhkəmədə Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə…
Qlobal korrupsiyanın illik həcmi 2 trln. dollara çatır
Dünya miqyasında korrupsiyanın illik həcmi 1,5-2 trln. ABŞ dolları və ya qlobal iqtisadiyyatda payı 2% təşkil edir. “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “Korrupsiya: problemin miqyası və zəiflədilməsi strategiyaları” adlı məruzəsində qeyd olunub. Məruzədə, həmçinin bildirilir…