Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Qlobal korrupsiyanın illik həcmi 2 trln. dollara çatır

Dünya miqyasında korrupsiyanın illik həcmi 1,5-2 trln. ABŞ dolları və ya qlobal iqtisadiyyatda payı 2% təşkil edir. “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “Korrupsiya: problemin miqyası və zəiflədilməsi strategiyaları” adlı məruzəsində qeyd olunub.
Məruzədə, həmçinin bildirilir ki, korrupsiya iqtisadi artıma yavaşladıcı təsir edir, ÜDM artımında müsbət dinamikanın əsas amillərini bloklayıcı rol oynayır. IMF korrupsiyanın iqtisadi qeyri-sabitlik, yüksək inflyasiya, iqtisadiyyatda nisbətən zəif investisiyalara səbəb olduğunu xatırladıb. Antikorrupsiya strategiyaları arasında Fond şəffaflığın yayılması ilə bərabər iqtisadiyyatın korrupsiyaya bulaşmamış sektorlarının qorunmasını tövsiyə edir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir