Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib- yenilənib

Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.
 Bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.
Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

***
Dunən axşam saatlarından, Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı  ilə əlaqə yaratmaq mümkün olmayıb. Bu barədə Daşqın Ağalarlı öz facebook səhifəsində məlumat paylaşıb:
“Dostlar, Efqan Muxtarli yoxa cixib. Dunən axsamüstu 19.10 da ayrilmisiq və o cörək alib evə getdi. Leyla xanim (həyat yoldaşi) gecikməyindən narahat olmayib, fikirləsib ki,yəqin dostlarladir. Bütün gecəni gelib cixmayib. Səhər tezdən həyacan təbili çaldiq, polisə rəsmən muraciət etdik, agla gələn və gəlməyən hər yerə və hər kəsə telefon acdıq… Heç harda yoxdur.
Son aylarda, xüsusilə son iki həftədə bizlər çox six və yaxin təqib altinda yasayirıq. Əfqan bəy bu barədə en cox yazan və muraciət edən dostumuz idi. Bizə muxtəlif mənbələrdən ehtiyatlı olmaq xahiş edilmisdi. Gürcüstan qeyri hökumət təşkilatları və Ombudsman aparati məlumatli idi..
İndi aglimiza cox şey gəlir və bütün ehtimallarda Azərbaycan hakimiyyətindən şübhələnirik.
Əziz dostlar, maksimum səviyyədə məsələyə müdaxilə edin, bütün beynəlxalq qurumlari xəbərdar edin və mudaxiləyə səsləyin. Bu, çox qorxunc bir cinayətin tərkib hissəsi də ola bilər.”
Həyat yoldaşı Leyla Mustafayeva, Əfqan Muxtarlının başına gələcəklərə görə Azərbaycan və Gürcüstan hökumətinin məsuliyyət daşıyacağını söyləyir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir