Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm İctimai Siyasət

Altay Göyüşov: Azərbaycanın facebook ictimaiyyəti yenə də qızışıb.

Görləmli alim, ictimaiyyətçi Altay Göyüşov Facebookda İlham Əliyevin Zəngəzur və İrəvanla bağlı dediklərini şərh edib

Nə var ki, Əliyev bir türkiyəli ilə avtobusda danışanda qayıdıb ki, bəs Xankəndi onlarındır, yəni ermənilərindir.Qardaş, siz niyə camaatı dolayırsınız? Bir daha təkrar edim. Əliyev Qarabağda hərblə mümkün olandan artığını edib. Şuşanı alıb, Hadrutu alıb. Özü də bunu ancaq Əliyev edə bilərdi, başqa heç kim. (Niyəsini geniş yazacam).İndi bəs sual olunur ki, niyə Əliyevin AzTv-si bu hissəni reportajdan kəsib və Türkiyənin televiziyasını da onu yığışdırmağa vadar edib? Çünki Azərbaycan hökuməti sizin ayılıb öz vəziyyətinizlə maraqlanmağınızı istəmir. Ona görə də başınızı Zəngəzur, İrəvan kimi şirin nağıllarla qatıb, lay-lay deyir, paçka basır, gop edir.Əliyev təzə yoldan danışır. Əslində yol Füzulidən yox, elə keçmişdəki kimi Xankəndindən keçməli idi. Həqiqi sülh Dağlıq Qarabağ ermənilərinin Azərbaycanla təmaslarının yaranmasından keçir, lap belə istəyirsinizsə, interqrasiyasından keçir.Amma Hərbi Qənimətlər parkı yaradan Əliyevə bu sərf eləmir. O milliyyətçilik hisslərinin qızışdırlmasında maraqlıdır. Xankəndinin onların olmasını bilsə də, camaatın başını Zəngəzur, İrəvan, Göyçə ilə qatır. Çünki camaatın başı qatışdıqca, o tərəfdən dəyirmanı da polni xodda işlədir. Qaz vurur-qazan doldurur. Həmin korrupsiya, həmin monopoliya, həmin məmur özbaşınalığı, həmin it gününə salınmış təhsil və səhiyyə. İstəyir ki, yuxuda İrəvan, Zəngəzur görüb, bunları yaddan çıxardasınız. Hər şeyin də qiymətini yavaş-yavaş qaldlracaq, nə bilim əlillik müavinətinizi əlinizdən alacaq, pensiya yaşınızı qaldıracaq. Elə ki, səs çıxartmaq istədiniz, çıxıb Zəngəzur deyəcək, unudacaqsınız. Geydirmə müxalifət də ona Zəngəzur və Göyçə söhbətlərində züy tuturlar və tutacaqlar. Müxalifət də Xankendi filan söhbətləri ilə millətçilikdə Əliyevlə həmişə ona məğlub olacaqları yarışa girib. Əslində isə bu ağılla, bu qafa ilə ölkədə avtoritarizmi gücləndirdiklərini və daim məğlub durumda qalacaqlarını qanmırlar. Məğlubiyyət alınlarına yazılıb.Hökumətdən və müxalifətdən imdad gözləməyin. Özünüz ağıllanın, düşünün. Millətçilikdən, yuxuda Böyük Azərbaycan, Turan görməkdən uzaq durun. Hal-hazırda əlinizin altında olan, yaşadığınız ərazilərdə rifahlı, ədalətli, xoşbəxt həyat qurmaq barədə düşünün. Əks təqdirdə, yuxuda Turan görəcəksiniz, yuxudan duranda gedib Avropada yaşamaq üçün yollar axtaracaqsınız.

https://www.facebook.com/search/top?q=altay%20g%C3%B6y%C3%BC%C5%9Fov

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir