Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm İctimai Müsahibə Siyasət

Diktator İlham Əliyevin qulbeçələrinin atdığı addımlar lənətlə qarşılanır

Son günlərin əsas olayı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızının şəxsi həyatıyla bağlı videonun yayılması olmuşdur. Azərbaycanda adi məişət məsələlərindən kənar başqa işlə məşğul olmayan adam da bilir ki, bu videonun yayılması məhz siyasi xarakterlidir. Konkret olaraq olay Cəmil Həsənliyə qarşı atılmış çirkin oyundur. Azərbaycanda ictimai fəallar və siyasi xadimlər bu məsələ ətrafında öz mövqelərini bildirmişlər. Almaniyada mühacir həyatı yaşayan, siyasi fəal Taryel Əliyev də olayla bağlı öz mövqeyini bildirdi.  Onun fikrinə görə “C.Həsənlinin qızına qarşı edilmiş hərəkət əvvəldən planlaşdırılmış və Azərbaycan hökumət strukturları tərəfindən həyata keçirilmiş bir addımdır. Çünki, bu ilk dəfə deyil ki baş verir. Vaxtilə eyni situasiyalar Azərbaycanın məşhur jurnalistləri, siyasi xadimləri və onların ailə üzvləri üçün də edilib”.

Daha sonra isə müsahibimiz bildirdi ki, Qarabağ müharibəsinin sonuclarından olduqca razı qalmış İlham Əliyev və komandası hər şeyi mübah hesab edir: “Azərbaycanda diktatura rejimi qurmuş İlham Əliyevin qulbeçələri elə bilirlər ki, onların rəqiblərinə qarşı atdığı hər addım xalq tərəfindən yüksək qiymətləndiriləcək. Lakin, əmin olun ki, bu belə olmayacaq və heç kəs deməyəcək ki, C.Həsənlinin qızı “yaxşı qadın deyil” və s. Azərbaycan xalqı mənəvi dəyərlərə üstünlük verən bir xalqdır və hamı bir qadının ifşa edilməsini pis qarşılayır və bunu edənləri lənətləyir. Həm də bu olayın məqsədyönlü olduğu göz qabağındadır”.

Taryel Əliyev hesab edir ki, ötən ilin sonlarından müxalifətə və ictimai fikrə qarşı yönələn hücumlar məhz Qarabağ müharibəsinin bitməsiylə müşahidə olunur: “Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə səfər edən İlham Əliyev AXCP-Müsavat hakimiyyətini satqın adlandırdı. “Qalib komandan” rəqiblərini əzməyə başladı. Daha sonra necə oldusa Belçikada AXCP-çi gəncin göldən meyiti tapıldı və ictimaiyyətdə haqlı fikir formalaşdı ki, həmin şəxs ölməyib, onu öldürüblər. Sonra Məhəmməd Mirzəliyə qarşı Fransada təxribat baş verdi. 14 fevral tarixində isə mənim də yaşadığım Berlin şəhərində Orxan Ağayev 8 nəfər tərəfindən döyüldü. Mart ayının əvvəllərində M.Mirzəlinin bacısının şəxsi həyatıyla bağlı videosu yayıldı.  Ardınca isə Fransada yenə də Məhəmməd Mirzəli ağır bıçaqlandı və ölümdən qurtuldu. Aprel ayında da Cəmil Həsənlinin qızının qızıyla bağlı danışdığımız olay. Kimsə bütün bunların təsadüf olmağına məni inandıra bilərmi?”

Taryel Əliyev sonda bildirdi ki: “Nə qədər ki, ölkədə və ondan kənarda yaşayan tənqidçilər, media nümayəndələri var, yəni onlar susmurlar, Azərbaycanın qorxaq  hakimiyyəti çirkin, əxlaqsız və terrora söykənən əməllərdən çəkinməyəcəklər. Və əmin olun ki, bu addımlar artdıqca hakimiyyət özünü daha çox gözdən salacaq”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir