Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Azərbaycanda qan dövranı xəstəlikləri artıb

Əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb və may ayının 15-də bitib.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, hesabat dövründə 5499863 nəfər müayinə edilib, onlardan 2640119 nəfər kişi və 2859744 nəfər qadın əhalisinə aiddir. Bakı şəhəri üzrə 1308329 nəfər tibbi profilaktik müayinələrdən keçib.
Respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfər əlavə müayinələrə cəlb olunub, 68427 nəfər dispanser nəzarətə alınıb, 27059 nəfər hospitalizasiya olunub.
Müayinələr zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi  xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir