Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Dünya İnsan haqları Siyasət Xəbərlər

ABŞ və müttəfiqləri demokratiya məsələlərində “geriləmə” haqda xəbərdarlıq edir

Cümə axşamı virtual Demokratiya Sammitini açan ABŞ prezidenti Co Bayden dünyada demokratiya məsələlərində “geriləməni”  tənqid edib. O, bir çox dünya liderlərinə “tarixin dönüş mərhələsi” barədə xəbərdarlıq edib, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri məlumat verib.

Bayden Beynəlxalq Demokratiya İnstitutunun bu yaxınlarda yaydığı hesabatdan sitat gətirərək deyib ki, “ABŞ da daxil olmaqla, bütün demokratiyaların yarısından çoxu son 10 ildə zəifləyib”.

“Geriyə doğru hərəkətin nəzarətsiz şəkildə davam etməsinə imkan verəcəyik? Yoxsa bəşəriyyətin tərəqqisini və insan azadlığını irəli aparmaq üçün birgə baxışa və cəsarətə malik olacağıq?”, deyə o sual edib.

Amerika prezidenti öz nitqində xaricdəki avtoritar hökumətlərin ünvanına da sərt çıxış edib.

Onun sözlərinə görə, bu sözükeçən insanlar “öz hakimiyyətlərini möhkəmləndirməyə, öz təsirlərini bütün dünyaya ixrac etməyə və genişləndirməyə,  repressiv siyasəti və təcrübəni problemlərin həllinin ən effektiv üsulu kimi təgdim etməyə çalışırlar”,  o qeyd edib.

“Liderlərə daxili islahatlar və beynəlxalq təşəbbüslərlə bağlı konkret addım və öhdəliklərini elan etmək təklif ediləcək”, – öz növbəsində, bunu Dövlət Departamentinin nümayəndəsi Turan-ın müxbirinə bildirib. O, həmçinin qeyd edib ki, sammit günü 110 ölkənin fəalları və vətəndaş cəmiyyəti liderləri ilə avtoritarizmdən müdafiə yolları, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub.

  Bayden açılış nitqində belə deyib: “Demokratiya təsadüfən yaranmır… Biz onu nəsildən-nəslə yeniləməliyik”.

   Bayden öz çıxışında həmçinin mühüm bir bəyanat səsləndirərək, “azad və müstəqil KİV-lərə dəstək”, “korrupsiyaya qarşı mübarizə”, “demokratik islahatçılara dəstək” və “azad və ədalətli seçkilərin müdafiəsi” məqsədilə 424 milyon dollardan çox vəsait ayırmaq təşəbbüsünü açıqlayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir