Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna 5 milyon manat ayırıb
Dekabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev dövlət başçısının Ehtiyat Fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat (2,5 milyon avro) ayrılması haqqında sərəncam imzalayıb.
Sənədin preambulasında qeyd olunur ki, bu qərar klubun Konfrans Liqasında qrup mərhələsində uğurlu çıxışı və pley-off mərhələsinə keçməsilə əlaqədar qəbul edilib.
Xatırladaq ki, bu gün dövlət başçısı “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.