Noyabrın 22-də “Yaltaqlara dur deyək” facebook səhifəsinin baş admini, ictimai-siaysi fəal Əbilov Əbdülün həbs edilməsindən sonra digər aktiv blogger Elmir Şirəliyevə də 30 sutkalıq cəza verilib. Bu barədə mediaya bloggerin dostları məlumat verib. E. Şirəliyev İnzibati Xətalar Məcəlləsinin “İctimai asayişi pozma və polisə müqavimət” maddələri ilə cəzalandırılıb. Dostlarına verdiyi məlumata görə, Elmir Şirəliyev həbs olunmazdan bir gün əvvəl Azərbaycan iqtidarını Əbdül Əbilovun həbsinə görə kəskin ittiham etmişdi.
Qeyd edək ki, statistika ötən həftələr ərzində Azərbaycanda bloggerlərə qarşı təzyiqlərin artdığını göstərir. Belə ki, bu ilin sentyabrında “Facebook”da fəaliyyət göstərən “İsayevin səhifəsi”nin admini Mürsəl İsayev də polis tərəfindən saxlanılıb. Bu haqda onun dostları məlumat verib. Məlumata görə, o yolu səhv keçdiyinə görə cərimələnib, bundan sonra polisə müqavimət göstərən gəncə polis idarəsinə aparıblar. Adminin saxlanılmasından bir neçə saat sonra isə səhifəsi “yoxa çıxıb”. Xatırladaq ki, İsayevin səhifəsi “Facebook”da 100 minə yaxın insan tərəfindən bəyənilmişdi və son zamanlar tənqidi statuslar və fotolar paylaşırdı.
Mütəllim