Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Siyasi aktivist evində həbs edildi

“Hüquqlarımızı sonuna qədər müdafiə edəcəyik. Haqsızla mübarizə aparmamaq özü bir haqsızlıqdır. Bu hüquqda da belədir, mənəvi dəyərlərə görə də belədir, dinə görə də belədir. Biz imkan verməməliyik ki, diktatura qalib gəlsin. Mübarizə bu millətin alın yazısıdır. Xalq da susmamalıdır. Çünki biz susduqca onlar daha çox milləti ayaq altına atır. Hər kəs həbs ed bilərlər. Bu təhlükə var. Amma beynəlxalq hüquq da var. Avropa İnsan Hüquqları Məhkəməsi də var. Bax o qanunlar ən azı bizi qorumalıdır”- deyərək bir neçə gün öncə saytımıza müsahibə verən ictimai siyasi aktivist Taleh Mustafayev 2013 -cü ilin mayın 9-da evində həbs edilərək polis idarəsinə aparılıb və heç bir əsas olmadan bir neçə gün qanunsuz şəkildə orda saxlanıb. Ailə üzvləri Talehin həbsinin yüz faiz siaysi sifariş olduğunu qeyd edib. Bir neçə siyasi partiya və ictimai təşkilat artıq onun həbsini pisləyib və hökümətdən Mustafayevin dərhal azad edilməsini tələb ediblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir