Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Müsahibə Siyasət Xəbərlər

Tofiqin döyülməsi ölkədə insana verilən dəyərsizliyin göstəricisidir. Bu kadrları İlham Əliyev izləmir?

Dekabrın 1də Əlizamin Salayevə azadlıq tələbilə Müsavat Partiyasının üzvü və Milli Çura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu saxlanılıb və ağır işgəncəyə məruz qalıb. Bununla bağlı ictimai fəal, Avropada mühacir həyatı yaşayan Ramin İmanov bunları bildirdi: Dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun üz nahiyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda T. Yaqublunun göz, üz nahiyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifətində həmin izlər olmayıb. Baş verən olayı pisləyirəm, günahkarların cəzalandırılmasını istəyirəm. Heç bir halda sivil və demokratik bir ölkədə bu cür zorakılığa yol vermək olmaz. Mənə elə gəlir ki, bu Azərbaycan dövlətçiliyinə qarşı təxribatdır. Hətta cinayətkara qarşı da belə davranmaq olmaz. Bu kadrları İlham Əliyev izləyərək bir ölkə başçısı kimi narahat olmur? Görmür ki, onun polisləri nə işlə məşğuldur? Bütövlükdə bu olay insan haqlarına həqarətdir. Polis cinayətkarı saxlayanda belə ona toxunmamalıdır“.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir