Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Bakının zibilli küçələri: “Şikayət var, amma…” – FOTOLAR

“Xeyli vaxtdır ki, zibil qutuları daşıb, zibillər ətrafa dağılıb. Amma aidiyyəti qurumlar problemi həll etmirlər. Küçə demək olar ki, zibilliyi xatırladır”.
Bunu Toplum.Tv-nin əməkdaşına Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanda yaşayan sakinlər deyiblər.
Onlar deyirlər ki, yay fəslinin gəlişi ilə əlaqədar havaların isinməsi ərazidə zibillərin üfunət qoxumasına səbəb olur.
Sakinlərin dediyinə görə, zibillər həftədə bir dəfə, bəzən isə həftələrlə yığılmır: “Yay aylarında zibillərin iyindən narahat oluruq. Dəfələrlə şikayət etmişik. Həmin vaxt tədbir görürlər, amma sonra yenə eyni hal təkrarlanır. Gərək mütəmadi şikayət edəsən. Yoxsa bunlar öz öhdəliklərini yerinə yetirməyəcəklər”.
“Həzi Aslanov” metrostansiyası ətrafında da eyni problem yaşanır. Sakinlərin isə reaksiyası belə oldu: “Dəfələrlə çəkilib, sosial şəbəkələrdə yayılıb, amma heç bir xeyri olmayıb. Şikayət də etmişik, baxmayıblar”.
Müşahidə zamanı zibillərin aşıb yolun hərəkətli hissəsini az qala istifadəsiz hala gətirdiyini görmək çətin deyildi.
“Həzi Aslanov” metrostansiyası ətrafında 2017-ci ilin dekabr ayında da eyni problem yaşanıb.
Sakinlərin şikayətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamenti əraziyə baxış keçirib və problem aradan qaldırılıb.
“Buna baxmayaraq, yenə eyni vəziyyət hökm sürür”, – sakinlə deyir.
Bu hala şəhərin mərkəz küçələrində də müşahidə olunur.
Bakı şəhəri Səbail rayonu Həzi Aslanov küçəsində və digər bir neçə küçənin kəsişməsində də zibil qabları təmizlənmir.
Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.





LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir