“Son üç-dörd ildə ölkədə sui-qəsd artıq dalğa şəklı alıb, həm də artan templə gedir”. Bunu “Azadlıq Radiosu”na psixoloq Azad İsazadə bildirib.
Onun fikrincə, sui-qəsdə aparan səbəblər çoxdur, odur ki, hansı səbəbin adı çəkilsə bu ancaq subyektiv mülahizə olacaq. A.İszadəyə görə, bu məsələdə ən yolverilməzi bu problemi sistemli şəkildə araşdıran, statistikanı ümumiləşdirən bir qurumun olmamasıdır: “Hökmən deyil ki, bu qurum dölət qurumu olsun, bu bir mərkəz şəkilndə və ya başqa bir statusda fəaliyyət göstərə bilər. Bu qurum bir koordinasiya qurumu kimi də çalışa bilər, əsas odur ki, bu mərkəz yaradılsın və ölkədə baş verən sui-qəsdlər sistemli şəkildə öyrənilsin”.
Sui-qəsdlərin səbəblərinə gəlincə psixoloq burada səbəblərin sayının çox olması qənaətindədir, həm də problem hərtərəfli öyrənilmədiyi üçün, kor-təbii şəkildə inkişaf edərək “epidemiya” kimi ölkəni bürüməkdə davam etdiyini bildirir.
Onun fikrincə, bu hadisələrdə zahirən görünən sosial-maddi problemlər önə çıxır. Amma eyni zamanda psixoloq bunu da vurğulayır ki, baxmayaraq ki, sosial-maddi problemi çox olan insanlar var ki, intihar barədə düşünmürlər: “Odur ki, hətta sosial-maddi problemlər özü də bu hadisələrdə nisbi anlayış kimi qəbul edilməlidir, görünür daha başqa amilıərin də bu prosesə ciddi təsiri var”.
A.İsazadə deyir ki, burada risk yaş qrupları, regionlar, səbəblər təsnifləşdirilməli və hadisələr təkcə statistik şəkildə yox, həm də elmi şəkildə öyrənilməlidir.
“Əgər, bu hadisələr sistemli şəkildə öyərnilməsə sui-qəsdlər də kortəbii olaraq artan sürətlə davam edərək canlar alacaq”- deyə psixoloq xəbərdarlıq da edir.