Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əfqan Muxtarlı şəkər xəstəsidir

“Əfqan Muxtarlının səhhəti hazırda kafidir. Bakı İstintaq Təcridxanasında onun təzyiqinə, qanındakı şəkərin miqdarına nəzarət edilir”.

Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun və təcridxananın tibbi-sanitar hissənin rəisi Qurban Hüseynovun həbsdəki jurnalistin vəkillərinə məktubunda belə yazılır. Bu haqda jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.
Vəkilləri ayın əvvəlində təcridxana rəhbərliyinə müraciət edərək, Ə.Muxtarlının sağlıq durumunun nəzarətdə saxlanmasını, gərəkli müayinə-müalicələrin təmin edilməsini istəmişdilər.
Təcridxana rəhbərliyinin cavabında bildirilir ki, Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasına yerləşdiriləndən – iyun ayının 1-dən gərəkli tibbi müalicə-müayinə ilə təmin edilib.
“Müayinəsi zamanı Ə.Muxtarlı şəkərli diabet xəstəsi olduğunu bildirib. O, klinik, laborator, rentgenoloji, elektrokardioloji, ultrasonoloji müayinələrdən keçirilib. Müayinə zamanı yalnız şəkərinin normadan bir qədər yüksək olduğu müəyyən edilib. Ona dəstəkləyici dərmanlardan istifadəni davam etdirməsi məsləhət görülüb. Qanda şəkərin səviyyəsinə nəzarət məqsədilə qlükometr cihazını daim yanında saxlaması üçün tapşırıq verilib”, təcridxana rəhbərliyi vəkillərə bildirib.
Məktubda o da qeyd olunur ki, Ə.Muxtarlı təcridxanada saxlandığı müddətdə daim həkim nəzarətində saxlanıb, kardioloq və endokrinoloq onu konsultasiya edib.
Bu müddət ərzində Ə.Muxtarlının səhhətində xüsusi tibbi yardım tələb edən heç bir kəskin vəziyyət – arrterial təzyiq, qanda şəkərin miqdarının kəskin yüksəlməsi halının damüəyyən edilməyi bildirilir.
Bir müddət öncə vəkilləri jurnalistin sağlıq problemlərinin olduğunu açıqlamışdılar. Onun mədə ağrılarından əziyyət çəkdiyi, 21 kiloqram çəki itirdiyi bildirilmişdilər.
Bir neçə gün əvvəl isə jurnalistin vəkillərindən Nemət Kərimlionun ürəyində ciddi problemlərin olmasından bəhs etmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir