Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar İnsan haqları Siyasət Xəbərlər

Avropada Siyasi məhbuslarla bağlı mitinqlər davam edəcək

Almaniyada siyasi mühacir həyatı yşayan ictimai fəal Aydın Səfərov 29 oktyabr 2017-ci il tarixdə “siyasi məhbuslara azadlıq” adı altında Düsseldorf şəhərində mitinqə çağırışla bağlı özünün facebook səhifəsindən müraciət yayıb. Müxbirimiz bu məsələ ilə bağlı Aydın Səfərovun özüylə əlaqə saxlamış və bəzi məsələlərə açıqlama gətirməsini xahiş etmişdir. A.Səfərov qeyd edib ki, İlham Əliyev rejimi Azərbaycanda siyasi fikir azadlığını məhv etdiyindən bu cür tədbirlərin keçirilməsinə ehtiyac vardır: “Azərbaycanda siyasi hakimiyyət tənqidi fikrə dözümsüzlük nümayiş etdirərək jurnalistləri, gənc aktivləri, QHT nümayəndələrini həbs etməkdən və onlara işgəncə verməkdən vaz keçmir. Buna görə də beynəlxalq ictimaiyyətə göstərmək lazımdır ki, Azərbaycanda siyasi vəziyyət hansı durumdadır”.

A.Səfərov bildirir ki, hakimiyyətin etdiyi bu addımlara qarşı sərt addımlar atılmalıdır ki, bəlkə hakimiyyət müəyyən qədər  demokratiyaya doğru addım atsın: “Bilirsiniz ki, Azərbaycan hakimiyyəti beynəlxalq təzyiqlərdən çəkinmədiyini bildirsə də, sanksiya eşidən kimi bəzi addımlar atdı. Xüsusilə Lapşinin və Mehman əliyevin azad olunmağını missal göstərmək olar. Bu məqsədlə Avropada siyasi məhbuslarla bağlı mitinqlər davam etməlidir ki, bu insanların azad olunmasına yardımımız toxunsun. Hesab edirəm ki, Almaniyada olan həmvətənlərimiz bu tədbirə dəstək verəcək və lazımi məqsədə nail ola biləcəyik. Mən tədbirdən sonra da bu kim tədbirlərin davam etdiriməsinin tərəfdarıyam”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir