AŞPA binası önündə etiraz aksiyası keçirildi
İyunun 21-də Avropada yaşayan bir qrup azərbaycanlı Avropa Şurası Parlament Assambleyasının binası önündə aksiya keçirib. Meydan TV əməkdaşının məlumatına görə, aksiyada ReAL Hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı şüarlar səsləndirilib. Aksiyada həmçinin “heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədovun, Taleh Bağırzadənin azad olunması tələb edilib.
Aksiya iştirakçıları arasında bugünlərdə azadlığa çıxmış ukraynalı qadın pilot Nadejda Savçenko da olub. O, çıxış edərək, İlqar Məmmədova azadlıq istəyib.