Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

”Azərbaycan insan haqlarına hücum rekordunu gizlədir”

 

AŞPA binasında keçirilən paneldə ictimaiyyət nümayəndələri Azərbaycandakı problemlərdən danışıblar

İyunun 21-də Avropa Şurası Parlament Assambleyasının binasında “Azərbaycan insan haqlarına hücum rekordunu gizlədir” mövzusunda panel keçirib. Bu barədə xəbər verən Meydan TV əməkdaşının məlumatına görə, Azərbaycanı təmsil edən ictimaiyyət nümayəndələri ölkədəki problemlərdən danışıblar. Onlar Avropa Parlamentindən vəziyyətlə bağlı konkret addım atmağı istəyiblər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həyatının 2 ilini həbsdə keçirdiyini vurğulayıb. Ölkədəki siyasi məhbus problemindən, eləcə də həbsinin səbəbindən danışan keçmiş məhbus deyib ki, həbsdən çıxdıqdan sonra heç bir millət vəkili onunla görüşməyib.

Çıxışçılar hesab ediblər ki, avropalı parlamentarilər qəbul etdikləri qərarların arxasında dayanmalı, Azərbaycan hökuməti ilə yeni proqramlara başlamamalıdırlar. Bundan başqa, İlqar Məmmədovun azad olunması ilə bağlı verilmiş qərarların yerinə yetirilməsinə nail olunmalıdır.

Tədbirdə iştirak edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin əməkdaşı isə son illər ölkədə vəziyyətin yaxşılığa doğru dəyişdiyini, müzakirəyə çıxarılan mövzunun gərəksizliyini vurğulayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir