Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Pedro Aqramunt: ”Bakı bütün siyasi məhbusları azad etməlidir”

O, Azərbaycandaqramunta olan çoxlu sayda siyasi məhbusların azadlığa buraxılmasını alqışlayıb

 

Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq,  2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll olunması istiqamətində mən Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm.

 

Bu barədə Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən deyib. O, Azərbaycanda olan çoxlu sayda siyasi məhbusların azadlığa buraxılmasını alqışlayıb.

 

“Mən çox xoşbəxtəm ki, uzun müddət həbsdə olan bir çoxu öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu, həm də Azərbaycan hökumətinin  Avropa Şurası ilə əməkdaşlığı davam etdirməyə, məhkəmə fəaliyyətinin, o cümlədən sistem çatışmazlıqların aradan  qaldırılması üçün yaxşı iradə əlamətidir”, – o bildirib (”Turan” IA).

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir