Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib.
Bu barədə məlumatı vəkil Elçin Sadıqov yayıb.
Vəkilin sözlərinə görə, Yunuslarla axşam danışıb: “Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar”.
Vəkil onları təbrik edib və şəfa diləyib.
E.Sadıqov onu da bildirib ki, Yunuslar tam bəraət alana qədər məhkəmə işləri davam edcək.