Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Siyasət Xəbərlər

Amnistiya siyasi məhbuslara, demək olar ki, şamil olunmayacaq

Amnistiya Aktı müxtəlif növ cəzalara məhkum edilmiş 15 min nəfərə şamil olunacaq. Bu barədə bu gün Parlamentin hüquq siyasəti komitəsinin iclasında amnistiya haqqında qərar layihəsinin müzakirəsində bildirilib.

Amnistiya ağır və xüsusilə ağır cinayətlərə görə mühakimə olunanlara şamil olunmayacaq.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, amnistiya hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış şəxslərə də, demək olar ki, şamil olunmayacaq, belə ki, onlar bir qayda olaraq ağır və xüsusilə ağır cinayətlərdə ittihama görə mühakimə ediliblər.

Çox güman ki, yalnız böhtana – böyük təhlükə təşkil etməyən cinayətə görə mühakimə edilmiş, cəza müddətinin başa çatmasına 6 aydan az qalan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlizamin Salayev amnistiyaya ümid edə bilər.

Siyasi məhbus siyahılarında 100-dən çox insan var.

Xatırladaq ki, Amnistiya Aktının layihəsi parlamentə noyabrın 8-də qeyd olunan Zəfər Günü ilə əlaqədar ölkə prezidenti İlham Əliyev tərəfindən təqdim edilib. 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir