Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Yazı fakt kimi qəbul edilə bilməz”

İtaliya qəzetinin Azərbaycanla yazdığı yazı ilk olaraq fakt kimi qəbul edilə bilməz. Çünki həmin mətbu orqanı yazdığını yazını doğruluğunu sübut etməlidir.

Aydın Mirzəzadə

Aydın Mirzəzadənin sözlərinə görə, bu gün dünyada Azərbaycanın uğurlarına sevinən qüvvələrlə yanaşı, onun uğurlarnı qəbul etməyən anti-Azərbaycan qüvvələr də mövcuddur: “Çünki bu qüvvələr vaxtaşırı olaraq Azərbaycanın uğurlarına kölgə salmaq üçün böhtan və mənbəyi olmayan, mülahizələr əsaslanan yazıları mətbuat vasitəsi ilə yayırlar. Azərbaycanın uğurları onları rahat buraxmır. Ona görə də Azərbaycanın İtaliyadakı səfiri bu məsələni nəzarətə götürməli və qəzetdə gedən yazıların düzgün olub-olmaması faktını araşdırmalıdır. Əgər qəzet fakt təsdiq edə bilməyəcəyi təqdirdə Azərbaycandan üzr istəməli və ölkəmizin nüfuzuna xələl gətirdiyi üçün kompensasiya ödəməlidir”, -deyə millət vəkili vurğulayıb.
O deyib ki, ödəniləcək kompensasiya İtaliyadakı qocalar və kimsəsizlər evlərinə verilməlidir.
Qəzetdə prokurorluğa istinad edilsə də, Aydın Mirzəzadə hesab edir ki, səbəb ermənilərdir: “Son dövrlərdə AŞPA Azərbaycanla, xüsusən də işğal altnda olan torpaqlarımızla bağlı qətnamələr qəbul edir. Bu isə anti-Azərbaycan qüvvələri narahat edir. Odur ki, belə yazların başında çox vaxt ermənilər dayanır. Onlar xarici media qurumlarında Azərbaycana qarşı yalan və böhtana əsaslanan yazılar yerləşdirirlər”.
A.Mirzəzadə onu da əlavə edib ki, problem təkcə anti-Azərbaycan qüvvələrin yerləşdirdiyi qərəzli yazılardan getmir, bu yazıları öz qəzetlərində tirajlayan Azərbaycan mediasının da üzərinə məsuliyyət düşür: “İqtidar müxalifət mövqeyindən asılı olmayaraq istənilən mətbu orqanı Azərbaycanın təəssübünü çəkməlidir. Bu gün Azərbaycanla bağlı böhtan yazını öz mətbu orqanın paylaşmaqla kimin dəyirmanına su tökür, kimin sifarişini yerinə yetirir kimi sualları ortaya çıxarır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir