Rəcəb Tayyib Ərdoğanın canlı yayıma qoşulduğu telefona “azadlıq telefonu” adını veriblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çevriliş zamanı aparıcı ilə danışdığı mobil telefona milyonluq təklif gəlib. Səudiyyədən olan bir iş adamı Rəcəb Tayyib Ərdoğanın canlı yayıma qoşulduğu telefona “azadlıq telefonu” adını verib. İş adamı həmin mobil telefonu jurnalist Handə Fıratdan almaq istəyib və xanıma 1 milyon rial təklif edib. Xatırladaq ki, 15 iyul Türkiyədə hərbi çevrilişə cəhd edilən gün ölkə başçısı Ərdoğan jurnalist Handə Fıratın mobil telefonu vasitəsilə “FaceTime”dan canlı yayıma qoşularaq vətəndaşları meydanlara və havalimanına dəvət etmişdi. (qafqazinfo)