Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Fuad Qəhrəmanlı ilə fəxr etdim”

akarimli-2014AXCP sədri Əli Kərimli Facebook səhifəsində “Nardaran işi” ilə bağlı keçirilən məhkəmədən yazıb:

“Təəssüf edirəm ki, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və “Nardaran işi”ndə adı keçən digər 16 nəfərin məhkəməsini çox adam izləyə bilmir. Bugünkü proses də iştirakçılara emosiya seli yaşatdı. Əvvəlcə həbs olunmuş şəxslər onlara verilən ağır, qeyri-insani işgəncələrdən, absurd ittihamlardan danışdı. Bu ifadələri dinlədikcə ölkəni kimlərin idarə etdiyini daha yaxşı dərk etmək olur. Sonra Fuad bəy ifadə verdi. Amma “ifadə verdi” demək çox yanlışdır, rejimi ittiham etdi. Ona qarşı irəli sürülən saxta ittihamları darmadağın etdi. Rejimin də daşını daş üstə qoymadı. Fuad bəyin çıxışı alqışlarla qarşlandı. Etiraf edim ki, Fuad bəylə fəxr etdim. O, dəmir barmaqlıqlar arasında da çox azaddır. Mitinq meydanlarında hansı cəsarətlə, əzmkarlıqla, özgüvənlə danışıbsa, dəmir barmaqlıqlar arasında da elə danışır. Bu adamlar cəmiyyətin daha ciddi dəstəyinə layiqdir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir