Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Dövlət qurumlarında kök atan «gülənçilər»in həbsi gözlənilir

PADövlət qurumlarında kök atan «gülənçilər»in həbsi gözlənilir

Referendumdan sonra bir neçə nazirlikdə təmizləmələrə başlanılacaq. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, təmizləmələr “Gülən əməliyyatı” çərçivəsində aparılacaq.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra bu ölkədə “Gülən əməliyyatı”na start verilib. Bu əməliyyatlar çərçivəsində “SOCAR Türkiyə” şirkətinin rəhbəri Sadəddin Qorqud və şirkətin xeyli sayda işçisi də həbs olunub. Türkiyə mətbuatı Gülən tərəfdarlarının güclü dayaqlarının olduğu ölkələrdən birinin də Azərbaycanın olduğunu yazır. Rəsmi Ankara da bir neçə dəfə Azərbaycan rəhbərliyinə “gülənçiləri” zərərsizləşdirməyi xahiş edib. Hətta bəzi iddialara görə, Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycana birgə əməliyyat keçirməyi təklif edib

Məlumata görə, Azərbaycan Türkiyə rəhbərliyindən referenduma qədər vaxt istəyib. Referendumdan sonra Gülənin ölkəmizdəki dayaqlarının zərərsizləşdirilməsi prosesinə start veriləcək.

“Gülənçilər” hakimiyyətə də nüfuz etdiyi üçün komandada da ğəmizləmələr baş verəcək. Bildirilir ki, nazirliklərdə aparılan təmizləmələr hətta rəhbərliyi də əhatə edə bilər.

Prosesin həbslərlə də müşayiət olunacağı gözlənilir.

Redaksiyamıza daxil olan məlumatda təmizləmələrin aparılacağı nazirliklərin də adı qeyd edilib. Lakin bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik açıqlamırıq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir