Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Azərbaycanda qazın qiyməti Avropa ölkələrindən 14 dəfə bahadır

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8fBəs ölkədə aylıq əmək haqqı Avropa ölkələrindən nə qədər aşağıdır?

Tarif Şurasının 28 noyabr tarixli qərarı ilə yanvarın 1-dən ölkə ərazisində təbii qazın qiyməti qalxır. Bugünə qədər qazın 1 kubu 10 qəpik idi. Bundan sonra 1500 kub limit qoyulacaq. 1500 kuba qədər istifadənin qiyməti 10 qəpik, ondan artıq sərfiyyatın 1 kubu isə 20 qəpikdən hesablanacaq.

İqtisadçı Qubad İbadoğlu deyir ki, orta statistik ailə illik 1500 kub qaz sərfiyyatını 2-3 aya tükədər. Deməli, orta statistik azərbaycanlı ailəsi 3 aya 1500, 1 ilə 6000 kub qaz işlədir. Bu da ilə təxminən 1200 manat edir (0.20X6000=1200).

Bəs Azərbaycanda orta statistik ailənin illik gəlirləri nə qədərdir?

Beynəlxalq Əmək Təşkilatı dünya ölkələrinin orta aylıq əmək haqqı statistikasını aparıb. Azərbaycanda orta aylıq əmək haqqı 303 dollar olmaqla, ən son yerlərdədir. 430 və 404 dollarlıq göstəricilərlə 55 və 57-ci yerləri tutan Gürcüstan və Ermənistandan geridədir.

Dövlət Statistika Komitəsinin 2016-cı il oktyabrın 1-nə olan məlumatına görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 516,4 min nəfərdir.

Onların orta aylıq nominal əmək haqqı isə 283 dollardır (490 manat). Muzdla çalışan işçilərin orta aylıq əmək haqqın ilə vuranda 3396 dollar edir (5881 manat).

İllik qaz sərfiyyatı illik əmək haqqının neçə faizini əhatə edəcək?

Qubad İbadoğlunun illik 6000 kub qaz sərfiyyatına əsaslansaq, orta statistik ailənin illik qaz pulu 693 dollar və ya 1200 manat edəcək. Bu da illik 3396 dollarlıq (5881 manat) gəlirin 20.4 faizi deməkdir (1200 manatı).
Bu rəqəmləri Avropa ölkələrinin orta aylıq əmək haqqı və qaza xərclədiyi məbləğlə müqayisə edək:

Hurriyet.com.tr saytının dünya ölkələrinin orta aylıq əmək haqqı ilə bağlı hesablamalarına görə, Fransada illik orta aylıq əmək haqqı 28 min 799 dollar (49 min 875 manat), Avstriyada 31 min 173 dollar (53 min 986 manat), İsveçdə 29 min 185 dollar (50 min 542 manat), Lüksemburqda 38 min 951 dollardır (67 min 456 manat).

foto Eurostat
foto Eurostat.

4 ölkənin orta aylıq əmək haqqının ortalama dəyəri təxminən 32 min 27 dollar və ya 55 min 465 manatdır.
Avropa İttifaqının statistika komitəsi Eurostatın məlumatına görə, Fransada qazın 1 kubu 7 sent (11 qəpik), Avstriyada 7,3 sent (12 qəpik), İsveçdə 12 sent (20 qəpik), Lüksemburqda isə 5 sentdir (9 qəpik).
Bu ölkələrdə qazın 1 kubunun ortalama dəyəri isə təxminən 7,8 sent və ya 13 qəpikdir.
Deməli, illik 6000 kub qaz sərfiyyatı onlara 468 dollar və ya 780 manata başa gələcək. Bu da onların illik 32 min 27 dollarlıq (55 min 465 manat) gəlirinin 1.46 faizidir. Azərbaycanda isə bu rəqəm 20.4-dür.
Həm orta aylıq əmək haqqı, həm illik gəlir, həm də illik qaz sərfiyyatına baxanda Azərbaycandakı qiymət Avropa ölkələrindən təxminən 14 dəfə bahadır. Orta aylıq əmək haqqı isə onlardan 9 dəfə aşağı.(meydan tv)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir