İ.Əliyev “Baş verənlər məhkəmə və hüquq-mühafizə sisteminin bərbad olduğunu göstərir”
“Azərbaycanda siyasi mübarizə aparana insanlar həbs olunub, işgəncələrə məruz qalırdı. İndi isə hüquq müdafiəçilərinin həbsinə start verilib. Bu, çox acınacaqlı haldır. Bu cür həbslər ölkədə hüquq adlı bir şeyin mövcudluğunu şübhə altına alır”. Bu sözləri ictimai-siyasi fəal İsmayıl Əli və Demokratiya İnstitunun direktoru Leyla Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.
-İ.Əliyev Leyla Yunusun həbsini çox ciddi yanlışlıq adlandırıb: “Leyla Yunus xüsusən Avropada tanınan hüquq müdafiəçisidir. Onu həbs etmək Azərbaycan üçün ciddi problemlərə yol aça bilər. Hesab edirəm ki, heç kim toxunulmaz deyil, həbs oluna bilər. Lakin söhbət saxta ittihamlarla kimisə həbs etməkdən gedir. L.Yunusu ən ağır maddələrlə ittiham etmək bütövlükdə dövlətin imicini zəiflədə bilər. Leyla xanım hüquq müdafiəçisidir və siyasi hakimiyyəti tənqid edən şəxsləri müdafiə edir. Onun həbsi də bununla bağlıdır”.
-İ.Əliyev Leyla Yunusun hətta həbs olunmasında da qanun pozuntularının olduğunu diqqətə çatdırıb: “Əldə etdiyimiz məlumatlara görə, Leyla xanımın vəkillə əlaqə saxlamasınaşərait yaradılmır. Bu da müdafiə hüququnun məhdudlaşdırılması deməkdi. Hətta polis əməkdaşlarının onu saxlayarkən kobud rəftarını da xüsusi qeyd edə bilərik. Baş verənlər birmənalı olaraq məhkəmə və hüquq-mühafizə sisteminin bərbad olduğunu göstərir. Hesab edirəm ki, Leyla Yunus haqqında irəli sürülən ağır maddələr onun əməlini tovsif etmir. Buna görə də xanım müdafiəçi dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”.