Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Yaxşı olacaq deyirlər, amma yaxşı olmur” – yeni fərman da köçkünləri tam qane etmir VİDEO

Məcburi köçkünlərin komunal xərclərinin dövlət hesabına ödənilməsi ilə bağlı problem həllini tapa bilmir. Hər bir məcburi köçkün üçün əvvəldən verilən 20 manatlıq “çörəkpulu” ilə birlikdə 36 manatlıq komunal xərc əksər ailələrdə tələbatı ödəmir. Bununla bağlı xeyli narazılıqlar baş verib. Məcburi köçkünlərin kompakt yaşadığı bir sıra yerlərdə etiraz aksiyaları da keçirilib.

Ölkə başçısı İlham Əliyev qazlaşdırılmamış ərazilərdə,  yataqxana və pansionatlarda yerləşmiş məcburi köçkünlərin komunal xərclərinin əvvəlki qaydada ödənilməsi ilə bağlı yeni fərman verib, amma bunun  da məsələnin həlli istiqamətində müsbət nəticə verəcəyi gözlənilmir. Məcburi köçkünlərin bir qismi  məskunlaşdıqları yerlərdə yaşayış şəraitinin pis olması səbəbəbindən, təbii qaz olsa da, yenə elektrik qızdırıcılarından istifadə etmək məcburiyyətində qaldıqlarını, nəticədə təkcə elektrikə yaranan borcun bütün komunal xərclərlə bərabər “çörək pulu”nu da yeydiyini, bəzən daha artıq çıxdığını deyirlər.

Xırdalan şəhərinə yaxın ərazidə yaşayan məcburi köçkünlər komunal xərclərin əvvəlki qaydada ödənilməsinin tərəfdarıdır. Eləcə də üzləşdikləri digər problemlərlə bağlı mətbuata müraciət ediblər. Əməkdaşımızin həmin ərazidən hazırladığı videoçəkilişi təqdim edirik.

azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir