Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Beyləqanda 90 min dollarlıq tualetin TƏNTƏNƏLİ AÇILIŞ mərasimi keçirilib – FOTO

Yaponiya hötualetkumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb. Layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.
Layihənin başa çatması münasibətilə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə mərasim keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi iştirak edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev qonaqlara rayon haqqında məlumat verib, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.
Tsuquo Takahaşi layihənin başa çatması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, ölkəsinin Azərbaycanda həyata keçirdiyi sosial layihələrdən danışıb. Bildirilib ki, Yaponiya hökuməti indiyədək Beyləqan rayonunda 2 layihə həyata keçirib və bu, 3-cü layihədir. Layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olub, şagirdlərin rəsm sərgisinə və idmançıların çıxışlarına baxıblar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir