Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Pənah Əliyev: Akif Çovdarovun “Qaçqınkom”dakı kölgəsi

Haqqı uzun illər tapdanmış məcburi köçkünlərimiz sabiq departament rəisinin cinayət məsuliyyətinə cəlb ediləcəyini gözləyir Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mənzil istismar departamentinin sabiq rəisi Pənah Əliyevə qarşı korrupsiya və israfçılıq ittihamları yeni faktlarla zənginləşibf6f97600c623. Gundelik-baku.com bildirir ki, keçmiş rəisin “Qaçqınkom”da mövqelərinin möhkəmlənməsi onun ləğv edilmiş MTN rəhbərliyi ilə yaxın əlaqələri ilə izah edilirdi. Bu vəziyyət təbii ki, uzun müddət davam edə bilməzdi. Qaçqınlara ayrılmış dövlət vəsaitlərinin istədiyi şəkildə talanına rəvac vermiş bu şəxs Komitənin mənzil fondunun hərraca çıxarılmasında əsas fiqur olub. Onun dövlət vəsaiti hesbına hədsiz sərfət sahibinə çevrilməsi “Qaçqınkom” rəhbərliyinin susqunluğu ilə müşayiət olunub. Özünün və yaxın ətrafının adına əldə edilmiş obyektlərin siyahısında qeyd etdiyimiz kimi, 9-cu mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən “Sombrero” restoranı, “Dental” klinikası, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, «Qızıltac» restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, «Varovski»dəki villa və digər daşınmaz əmlak yer alır. Gundelik-baku.com-a daxil olan son məlumata görə, Pənah Əliyev öz kapitalını offşor zonalara da transfer etməyin qayğısına qalıb. Bildirilir ki, bu məsələdə sabiq MTN generalı Akf Çovdarovla gizli işbirliyi qurulub. Pənah Əlyevin xarici ölkələrdə, xüsusən də Türkiyə və ABŞ-da özünə əmlak əldə etdiyi də deyilir.Bütün bu qanunsuz əməllər gizli mülklər, kənar şəxslərin adına sənədləşdirilmiş biznes şəbəkəsi “Qaçqınkom”un sabiq departament rəisinin korrupsiya əməllərinin yalnız görünən bir hissəsidir.Pənah Əliyevin sabiq MTN generalı Akif Çovdarovun şəxsi proteksiyasından çox böyük ustalıqla istifadə etməsi də maraq doğurmaya bilməz. Məzh bu əlaqələrin hesabına oğlunu MTN Qaradağ rayon şöbəsində məsul vəzifəyə gətirməyə nail olmuş sabiq departament rəisi qızı və kürəkənini də unutmayıb. Onların adına geniş əmlak əldə dilib. Hazırda əmin əmlakın siyahısı dəqiqləşdirilir. “Qaçqınkom” sstemi ilə az-çox əlaqəsi olanlar Pənah Əliyevin əli ilə aparılan mənzil bölgüsünün hansı amillərə söykəndiyini yaxşı xatırlayar. Bu özbaşınalıqlar məhz “Qaçqınkom”un sədri Əli Həsənovun gözü qarşısında baş verdiyindən onun bu məsələyə kifayət qədər dözümlü münasibətini də anlamaq çətin deyil. Necə olmasa, ortada Akif Çovdarov amili vardı. Lakin, bütün hallarda dövlət komitəsinin rəhbəri bu məsələləri yüksək dövlət qurumlarına vaxtında məruzə etməliydi.Təəssüf ki, yalnız Akf Çovdarovun cinayət əməlləri ortaya çıxdıqdan sonra Pənah Əliyevə qarşı intizam tədbirinə əl atıldı. Lakin bu tədbir də yarımçıq xarakter daşıyır. Odur ki, haqqı uzun illər tapdanmış qaçqınlarımız Pənah Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsini səbİrsizliklə gözləyir. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. Gundelik-baku.com

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir