Yenifakt.info

Müstəqil xəbərlər portalı

İctimai İnsan haqları Siyasət Xəbərlər

23 sentyabr mitinqində iştirak edənlər ciddi nəzarətə götürülüb

Samir Nağıyev: “tapşırıq president aparatından verilir və şəxsən polis rəisi İlqar Məmmədov tərəfindən icra olunur

Müsahibimiz “REAL” hərəkatının təəsübkeşi və 23 sentyabr mitinqinin iştirakçısı Samir Nağıyevdir.

-Samir bəy, mitinqdən sonrqa saxanılmağınızla bağlı məlumatlar vermisiniz. Bu doğrudur? – Əslində düzdür, amma 4 saatdan artıq polis şöbəsində dindirilmişəm. Qeyd edim ki, mən mitinqdən sonra və yaxud hansısa məlumat yazandan sonra polis şöbəsnə aparılmağım adətə çevrilib. Bu dəfə də belə oldu. Sadəcə mən mitinqə getməyə problem yaradacaqlarını bildiyimə görə 3 gün əvvəlcədən Bakıya getdim və bir gün sonra qayıtdım. Məlumdur ki,  sentyabrın 23-də Milli Şura və bir neçə siyasi hərəkat birlikdə mitinq keçirib. 24 sentyabrda mən Bərdə rayonuna qayıdan kimi sahə müvəkkili evə gəlib məni polisə apardı. Kifayət qədər gərgin keçən dindirmə zamanı polis əməkdaşları dəfələrlə məni təhqir etdilər. Eyni zamanda siyasi müxalifətin bütün üzvlərini, o cümlədən REAL hərəkatının sədri, hazırda siyasi məhbus olan İlqar Məmmədovu təhqir edirdilər. Üstümə tez-tez qışqırır və məni alə üzvlərimlə əlaqəli təhdit edirdilər. Eyni zamanda polis əməkdaşı bildirdi ki, rəis İ.Məmmədovun tapşırığıdır və sən həbs olunacaqsan. Anamın xəstə olmasını dedilər və bildirdilər ki, ananı gözü yaşlı qoyacağıq. Təqribən 4 saatdan sonra şöbədən çıxıb evə gəldim. Onu deyə bilərəm ki, heç vaxt belə təhqir edilməmiş və yaxınlarımla bağlı bu cür təhdit olunmamışam.

-Samir bəy, hal-hazırda vəziyyət nətərdi? – Demək olar ki, elə həmin gecə mən ailə üzvlərimlə birlikdə Bərdədən çıxmışıq. Hal-hazırda Bakıda yaxınlarımın evində qalıram. Bərdədə hər gün atamdan mənim nə vaxt qayıdacağımı soruşurlar. Doğrusu burada qalmaq və işləmək istəyirəm. Siyasi aktivliyimə görə mən rayonda işdən çxarıldığımdan normal iş tapmağa ümid etmirəm. Eyni zamanda burada da mənə qarşı təzyiq ediləcəyindən narahatam. Azərbaycanın siyasi hakimiyyəti vaxtilə başqa adamları nəinki Bakıdan, hətta Türkiyə və Gürcüstandan da Azərbayacana gətirmişdir. Buna görə də bilirəm ki, vəziyyət gərgindir. Bərdə rayonuna isə qayıdacağım günü həbs ediləcəyimi bilirəm. Eyni zamanda mətbuat vasitəsilə müraciət edirəm ki, məni müdafiə etsinlər. Xüsusilə İnsan Hüquqlarını müdafiə edən təşkilalara müraciət etmişəm. Azərbaycan siyasi hakimiyyətinin əks fikirli insanları bağışlamaq ənənəsi yoxdur. İlqar Məmmədovun azad edilməsiylə bağlı plakat tutmağıma görə bilirəm ki, göstəriş birbaşa prezident aparatından gəlir. Ancaq mətbuata və bir də hüquq müdafə təşkilatlarına ümid edirəm ki, mənim və ailəmin təhlükəsizliyinə yardım edə bilərlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir