Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

​Birləşmiş Ştatlar kürdlərin referendumunu dəstəkləmədi – RƏSMİ AÇIQLAMA

ABŞ İraq Kürdüstanının müstəqilliyi haqqında referendumu dəstəkləmir.
“RİA Novosti” xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Noyert deyib.
Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Reks Tillerson bir müddət əvvəl hər iki tərəfin nümayəndələri ilə ünsiyyət saxlayıb.
“Biz öz dərin narahatçılığımızı ifadə etdik. Biz buna birtərəfli referendum kimi baxırıq”, — deyə o əlavə edib. Üstəlik onu da vurğulayıb ki, beynəlxalq terrorçuluğa qarşı koalisiya üzvlərindən kiminsə bu referendumu bəyəndiyinə inanmır.
Noyert həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar “vahid, demokratik İraqı dəstəkləyir”.
Qeyd edək ki, Dövlət Departamentinin nümayəndəsi Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun bir az əvvəl Ankaranın İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olduğu barədə verdiyi bəyanata da münasibət bildirib. Qeyd edib ki, bu bəyanat hədə kimi səslənir: “Lakin biz buna şərh verməyəcəyik”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir