Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət Xəbərlər

T.Bağırzadə”Hamı bilir ki, “Xəzər” televiziyası Fətullah Gülənin adamlarınındır”.

Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə “Müзагружено (3)səlman Birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədr müavini Fuad Qəhrəmanlının, eləcə də “Nardaran işi” üzrə həbs olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.

Taleh Bağırzadə bildirib ki, televiziyalarda proses təhrif olunmuş şəkildə verilir: “Hamı bilir ki, “Xəzər” televiziyası Fətullah Gülənin adamlarınındır.

Prezident Adminstrasiyası onları öz çətiri altına alıb. Əli Həsənov yenə “Xəzər” televiziyasına göstəriş verib. O,yenə gizlənib. Siz gedin, Əli Həsənov gəlib otursun yerinizdə, ya da şahid kimi gəlib ifadə versin. Onlar Sovet dövründə olmayan işgəncələri ediblər. İnsanları ailələri ilə şantaj ediblər”. Hakim bildirib ki, vəsatət verilsin baxarıq.

Daha sonra iclasda təqsirləndirilən Əlibala Vəliyev və Cabbar Cabbarov ifadə verib. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyiblər. C. Cabbarov bildirib ki, ona verilən işgəncələr barəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazacağını deyəndə ona təhqiramiz cavab veriblər. “Mən istəyirəm bunları İlham Əliyev bilsin ki, Azərbaycanda belə yer var. Onun xanımının adın çəkdim, söydülər”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir