Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Mixail Saakaşvili yenə saxlanılıb

Mixail Saakaşvili fevralın 12-də Kiyevdə saxlanılıb. Ukrayna KİV-in məlumatına görə, müxalifətçi siyasətçi Kiyev restoranlarının birində nahar edərkən kamuflyaj formada bir qrup şəxs restorana daxil olub. Facebook-da M.Saakaşvilinin səhifəsində onun saxlanması ilə bağlı yeddisaniyəlik video yerləşdirilib. Videodan görünür ki, silahlı adamlar dörd nəfər olub.

Fevralın 9-da M.Saakaşvilini saxlamağa cəhd ediblər. Xüsusi təyinatlı dəstə Kiyevdəki otellərdən birinə daxil olmaq istəyib, ancaq polis silahlı qrupu içəri buraxmayıb.

Ukraynada Odessa vilayətinin keçmiş rəhbəri M.Saakaşviliyə qarşı “cinayətkar təşkilatların iştirakçılarına yardım və onların cinayətlərinin gizlədilməsi” maddəsi ilə cinayət işi qaldırılıb. Ukrayna Baş Prokurorluğu hesab edir ki, 2017-ci ilin payızında M.Saakaşvilinin və onun tərəfdarlarının etiraz aksiyası ölkədə hakimiyyəti ələ keçirmək üçün təşkil edilib, onların sponsoru isə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaxın adamı oliqarx Sergey Kurçenko olub.

Baş Prokurorluq buna təsdiq kimi söhbət edən şəxslərin səslərinin yazıldığı videoqeydləri açıqlayıb Həmin səslər M.Saakaşvili və S.Kurçenkonun səslərinə bənzəyir. Gürcüstanın eks-prezidenti S.Kurçenkonu tanımadığını bildirib.

Bəzi məlumatlara görə, Ukrayna hakimiyyəti M.Saakaşvilini Polşaya deportasiya etmək istəyir, belə ki, o, Ukraynaya bu ölkənin ərazisindən gedib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir