Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

AŞPA-da Əliyevlərin beynəlxalq korrupsiyası haqqında qətnamə qəbul edildi

Avropa Şurası Parlament Assambleyası dünən qurtarmış sessiyasında bir qətnamə qəbul edib.Bu sənədin müəllifi Niderlanddan olan deputat Piter Omtziqt idi.Qətnamə sui-qəsd nəticəsində öldürülmüş maltalı jurnalist Dəfnə Karuana Qalisiya ilə bağlı idi.Qətnamədə bu qətllə bağlı olan məsələlər bir-bir sadalanıb.Öldürülmüş jurnalistin Malta hakimiyyətinin Azərbaycanla korrupsiya əlaqələri haqqında yazıları xüsusi qeyd olunub və Azərbaycanın hakim ailəsinin üzvlərindən birinin Dubaydakı şirkətindən Malta Baş nazirinin arvadının şirkətinə 1 milyondan artıq pul köçürülməsi də qeyd olunub.
Qətnamədə Malta hakimiyyətinin jurnalistin öldürülməsi faktını ciddi araşdırmaması bəyan edilib. Qətnamənin müzakirəsi zamanı Azərbaycanı təmsil edən deputatlar sənədin bəzi hissələrinə kəskin etirazlarını bildiriblər.Azərbaycandan olan deputatların çıxışlarından görünürdü ki, Azərbaycan hakimiyyətinin Malta hakimiyyəti ilə korrupsiya əlaqələrinin qətnamədə qeyd olunması onları çox narahat edib.
Qətnamədə öldürülmüş jurnalistin işinin ən cidfi şəkildə araşdırılması tələbi qoyulub. Sənəd böyük səs çoxluğu ilə-72 lehinə, 18 əleyhinə olmaqla qəbul edilib.Azərbaycan nümayəndə heyəti tam tərkibdə qətnamənin əleyhinə səs verib

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir