Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Leyla Yunus Avropa Parlamentini Azərbaycanda siyasi məhbusların azad edilməsinə nail olmağa çağırıb

113000176362Hüquq müdafiəçisi Leyla Yunus noyabrın 28-də Avropa Parlamentində Azərbaycana həsr olunmuş dinləmələrdə çıxış edib. O, diqqəti insan hüquqlarının pozulmasına, fəalların son həbsinə, “Nardaran işi”nə yönəldib.

L.Yunus 160-dan artıq siyasi məhbusun siyahısını Avropa Parlamentinə təqdim edib və deputatları onların azad edilməsi üçün fəal mübarizəyə səsləyib. Bu barədə Turan-a “Siyasi Məhbuslarsız Azərbaycan”  İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev bildirib.

Öz növbəsində, hüquq müdafiəçisinin həyat yoldaşı, politoloq Arif Yunus  Azərbaycanda islam faktoru mövzusunda çıxış edib.

“Leyla və Arif Yunusların səhhətində ciddi problemlərin olmasına baxmayaraq, insan haqlarının durumu, siyasi məhbus problemi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çalışırlar. Onların beynəlxalq qurumların nümayəndələri ilə görüşləri davam edir”, – O.Gülalıyev vurğulayıb

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir