Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı son qərarı – Azad edilsin

Avropa Məhkəməsinin “ReAl” hərəkatının həbs edilmiş lideri İlqar Məmmədov barəsində ikinci iş üzrə qərarı qüvvəyə minib və üç ay ərzində icra olunmalıdır. Media-fakt.info xəbər verir ki, bunu İlqar Məmmədovun vəkili Fuad Ağayev deyib.
Qeyd edək ki, məhkəmənin 16 noyabr 2017-ci il tarixli qərarı ilə İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulması təsbit edilmiş (İnsan Haqları haqqında Konvensiyanın 6-cı maddəsi), 7 il müddətinə azadlıqdan məhrum edilmə qərarı isə faktiki olaraq əsassız hesab olunmuşdu.
Avropa Məhkəməsinin bu qərarından həm Azərbaycan hökuməti, həm də İlqar Məmmədovun özü şikayət vermişdi. Müxalif siyasətçi tələb edirdi ki, 6-cı maddə ilə birlikdə Konvensiyanın 18-ci maddəsinin də pozulması təsbit edilsin, Azərbaycan hökuməti isə iddia edirdi ki, İlqar Məımmədovun barəsində Konvensiyanın 6-cı maddəsi pozulmayıb.
Bu gün Avropa Məhkəməsinin Böyük palatasının 5 hakimdən ibarət kollegiyası hər iki şikayəti rədd edib vıə bununla da 16 noyabr 2017-ci il tarixli qərar 3 ay müddətində icra olunmalıdır.
Faktiki olaraq, bu, o deməkdir ki, İlqar Məmmədovun barəsində qərar ləğv edilməli, o, azadlığöa buraxılmalı və 10 min avro məbləğində kompensasiya ödənilməlidir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir