Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İnsan haqları Müsahibə Sosial-iqtisadi

Zaman Bünyatov: “Hökumət sahibkarları ölkədən qaçmağa məcbur edir”

“Manatın ikinci dəfə ucuzlaşması vəziyyəti daha da pisləşdirdi. Hökumət bütün çətinliyi sahibkarların üzərinə qoyub. Vergilərin qaldırılması ilə yanaşı əlavə xərclər sahibkarları müflisləşdirib”. Bu sözləri kiçik sahibkar, Korrupsiyaya Qarşı Mübarizə və İnsan Hüquqları İnstitutunun sədr müavini Zaman Bünyatov deyib.

Onun sözlərinə görə ölkədə işsizlər ordusu hər gün böyüməkdədir: “Dövlət idarələri müxtəlif bəhanlərlə işçiləri ixtisar edir, özəl şirkətlərin əksəriyyəti bağlanıb. Ölkədə sürətlə işsizlik problemi böyüyür. Hökumət bu problemin qarşısını ala bilməyəcək. Çünki, problemi yaradan elə hökumət özüdür. Işszilərin sayı çoxaldıqca sosial partlayış qaçılmaz olacaq. Hələ insanların soyuducusunda yeməyə nələrsə var. Belə davam edərsə, aclıq başlayacaq. Hökumətin bu barədə hç bir proqramı yoxdur. Sadəcə kağız üzərində bəzi planlar qeyd olunub. Əməli tədbirlər görülmür. Ona görə də çox ciddi sosial partlayış gözlənilir”.

Müsahibimiz Z.Bünyatov  hesab edir ki, ölkədə sahibkarların durumu ağırlaşır: “Mən təcrübəmə əsaslanıb deyə bilərəm ki, Azərbaycan vətəndaşları çox çalışqan və fədəkardırlar. Gedib qürbət yerlərdə min bir əziyyətlə pul qazanıb özünü və ailəsini, hətta qohum-əqrəbasını dolandırırsa deməli çox cəsurdur. Gedib müxtəlif xarici ölkələrdə yeşik daşımaqla pul qazanıb ölkəsinə göndərən şəxsə Azərbaycanda şərait yaradılarsa daha əlverişli vəziyyət olar. Bunu hökumət yaratmalıdır. Dövlət proqramları və sair olmalıdır ki, vətəndaş çalışsın həm büdcəyə vergi ödəsin həm də sosial vəziyyətini təmin etsin. Amma tam əksini görürük. Sahibkarlıqla məşğul olan şəxslər müxtəlif formalarda təzyiqlərlə üzləşirlər. Verginin dəfələrlə qaldırılması, əlavə “şapka” tələb edilməsi və bu kimi hallar sahibkarlığın inkişafını dayandıran əsas amillərdir. Digər tərəfdən ayrı-ayrı məmurlar sahibkarlardan şantaj yolu ilə müxtəlif məbləğlər tələb edirlər. Bu da ölkənin mafiya qaydaları ilə idarə olunduğunu göstərir. Hökumət sahibkarları ölkədən qaçmağa məcbur edir. Sahibkar üçün heç bir şərait yaratmayan hökumət həm də ciddi problemlər yaradır. Dövlət məmurları «uf» demədən sahibkarların başına belə oyunlar gətirirlər. Ancaq nədənsə, indiyədək bircə məmur da sahibkara etdiyi amansızlıqlara görə cəzalandırılmayıb. Bu cəzasızlıqdan istifadə edən məmurlar da sanki «belə də olmalıdır» deyib növbəti sahibkarın evini yıxırlar”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir